thumb|Lokal anestetiklərin əksəriyyəti kimyəvi quruluşuna görə iki ümumi qrupa bölünür: tərkibində efir rabitəsi olanlar (yuxarıdakı) və tərkibində amid rabitəsi olanlar (aşağıdakı) Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur.
Quruluşu Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir:
Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup
Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Təsnifatı
Lipofil hissənin aromatik qruplarına görə Benzoy turşusu olanlar Kokain Paraaminobenzoy turşusu olanlar Prokain (Novokain) Dikain (Tetrakain) Anilin törəmələri Lidokain (Lidokain) Etidokain (Duranest) Mepivakain (Karbokain) Bupivakain (Markain) Metaminobenzoy turşusu olanlar
Tərkibindəki rabitənin növünə görə Efir rabitəsi olanlar Kokain Dikain Prokain Amid rabitəsi olanlar Lidokain Bupivakain Prilokain Kartikain (Ultrakain, artikain) Dibukain (Sovkain, nuperkain) Mepivakain Etidokain Trimekain Digər kimyəvi qruplardan olanlar Benzokain (Anestezin, etilaminbenzoat) Butilaminobenzoat Butesin pikrat Siklometikain sulfat Ortoform Kapsaisin
İstifadəsinə görə
Səthi və ya terminal anesteziyada istifadə olunan preparatlar Lidokain Dikain Dibukain Kokain Mepivakain Benzokain Piromekain İnfiltrasion və ya regional anesteziyada istifadə olunan preparatlar Lidokain Bupivakain hidroxlorid Levobupivakain Mepivakain Etidokain Prilokain Kartikain Prokain Xlorprokain Onurğa beyni anesteziyasında (spinal, intratekal anesteziya) istifadə olunan preparatlar Lidokain Levobupivakain Dibukain Kartikain Prokain
İstinadlar
Kateqoriya:Anesteziya