Voyevodina gerbi —Voyevodina muxtar əyalətində rəsmi olaraq istifadə edilən iki gerb, Voyevodina gerbi və ənənəvi Voyevodina gerbi mövcuddur. Voyevodina muxtar əyalətinin ali qanunverici orqanı olan Voyevodina Əyalət Məclisinin (Voyevodina Assambleyası) 2016-cı ildə qəbul edilmiş olan “Voyevodinanın simvollarının və ənənəvi simvollarının görünüşü və istifadəsi haqqında” qərarına əsasən hər iki gerb də bərabər statusa malikdirlər.

Rəsmi olaraq Voyevodina Assambleyası 28 iyun 2002-ci ildə Voyevodina gerbini qəbul etmişdir. Gerb 1848-ci ildən etibarən fəaliyyət göstərən Zemun Milli Qvardiyasının bayrağına, Serb Voyevodinasının tarixi gerbinə, həm də Serbiya knyazlığının tarixi gerbinə əsaslanaraq hazırlanmışdır. Voyevodina Əyalət Parlamenti ənənəvi gerbi 2016-cı il sentyabr ayının 15-də rəsmi olaraq qəbul etmişdir.

İstinadlar

Həmçinin bax

Voyevodina bayrağı Serbiya gerbi

Kateqoriya:Serbiya gerbləri