Valer Jozef Jül Jil (; ) — Belçikalı şair, jurnalist, redaktor, kitabxanaçı və muzey işçisi, Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasının üzvü. Həyatı Valer Jil 1885-ci ildən Lyoven Katolik Universitetində təhsil almışdır.

1887-ci ildən o, Jorj Rodenbax, Maks Valler, Anri Mobel, İvan Jilken, Alber Jironun da daxil olduğu "Gənc Belçika" adlı ədəbi-bədii jurnalı və eyniadlı ədəbi birliyin ətrafında birləşən simvolist şairlər qrupunun üzvü olmuşdur.

1889-cu ildə İvan Jilken və Alber Jiro ilə birlikdə "Gənc Belçika" jurnalının redaktoru kimi fəaliyyət göstərmişdir.

1891-ci ildə redaktorluq vəzifəsindən istefa vermiş və Belçika Kral Kitabxanasının kuratoru olmuşdur.Georges-Henri Dumont, "Gille, Valère", Nouvelle Biographie Nationale, vol. 4 (Brussels, 1997), 182-185.

Valer Jilin 1897-ci ildə Parisdə çap olunmuş "Tsitra" (La Cithare) adlı şeirlər toplusu Fransa Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir.

8 yanvar 1921-ci ildə Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasına üzv qəbul edilmiş və 1925-1946-cı illərdə onun direktoru vəzifəsində çalışmışdır. 1945-ci ildə Virtza Muzeyinin kuratoru işləmişdir.

Seçilmiş əsərləri Le Château des merveilles (1893) La Cithare (1897) Le Collier d’Opale (1899) Les Tombeaux (1900) Le Coffret d'ébène (1901) La Corbeille d’octobre (1902) Le joli Mai (1905) La Victoire ailée (1921) Du Symbolisme (1940) La Jeune-Belgique. Au hasard des souvenirs (Bruxelles, Office de Publicité, 1943)

Xatirəsi Brüsseldə meydanlardan birinə Valer Jilin adı verilmişdir.

İstinadlar

Xarici keçidlər

Valère Gille

Kateqoriya:Belçika şairləri Kateqoriya:XIX əsr şairləri