– finəsilli Yaponiya siyasətçisi. O, Yaponiya parlamentinə seçilmiş ilk xaricdə doğulmuş Avropa əsilli şəxsdir. Yaponiya Demokratlar Partiyasının üzvüdür. 2001–2013-cü illərdə Müşavirlər Palatasında fəaliyyət göstərmişdir.

İlk illəri Tsurunen Finlandiyanın Lieksa bələdiyyəsinin Höntönvaara kəndində Martti Turunen adı ilə doğulmuşdur. Uşaqlığını Yaankonvaara kəndində keçirmişdir. Davam müharibəsi zamanı o və ailəsi sovet əsgərlərinin kəndə etdikləri hücumdan sağ çıxan azsaylı şəxslərdən biri olmuşdur.

1967-ci ildə həyat yoldaşı ilə birlikdə lüteran missiyası çərçivəsində Yaponiyaya səyahət etmişdir. 1979-cu ildə Yaponiya vətəndaşlığına keçmiş, 1981-ci ildə Kanaqava prefekturasında yerləşən Yuqavara qəsəbəsinə köçmüşdür.

Siyasi karyerası Tsurunen 1992-ci ildə Yuqavara qəsəbə şurasına namizəd olmuş və 1051 səslə seçilmişdir.Hiroto Nakata, "Tsurunen disappointed by fourth loss at polls", Japan Times, 31 iyul 2001 Partiya üzvü olmadan 1995-ci ildə Kanaqava prefekturasının namizədi kimi Yaponiya parlamentinin Yuxarı palata seçkilərində iştirak etmişdir. 339.484 səs toplayaraq 4-cü olmuş və palatada yer tuta bilməmişdir. 1998-ci ildə yenə namizəd olaraq 502.712 səs toplamış, cəmi 8000 səs fərqi ilə məğlub olmuşdur. O, seçicilərə səslənərək "Mənə səs verin və göygözlü ilk Yaponiya vətəndaşını Yuxarı palataya göndərin" demişdir. O, həmçinin qanunverici orqanlar üçün cinsi kvota təklifi etmiş, parlament və yerli aasembleyaların 40–60% qadınlardan ibarət olmasını dəstəkləmişdir.Todd Crowell and Murakami Mutsuko, "Are voters ready for a change?", Asia Week, 10 iyul 1998

2000-ci ildə Yaponiya Demokratlar Partiyasının üzvü kimi Aşağı palataya, 2001-ci ildə Yuxarı palataya namizəd olmuşdur. 2001-ci ildə 159.920 səslə yer tuta bilməmişdir."First Westerner headed for Diet", Japan Times, 30 yanvar 2002 Lakin palataya seçilmiş Kyosen Ohaşi 2002-ci ildə vəzifəsindən ayrıldığı üçün onun yerini əvəz etmək hüququ qazanmışdır. 2007-ci ildə keçirilmiş seçkilərdə 242.742 səs toplayaraq birbaşa Yuxarı palataya seçilmişdir.Jun Saito, "Nice finish for Tsurunen", The Asahi Shimbun, 30 yanvar 2002Tony Laszlo, "Former Finn goes to the Diet", Japan Times, 8 mart 2002 Lakin 2013-cü ildə cəmi 82.858 səs toplayaraq parlamentdəki yerini itirmişdir.

Ailəsi Tsurunen Saçiko Tanaka adlı yapon qadınla evlənmiş və ondan 2 uşağı olmuşdur. Onun fin həyat yoldaşından üç uşağı da var.

Mediada Tsurunen 2015-ci ildə "Göygöz samuray" () adlı avtobioqrafiyasını nəşr etdirmişdir.

İstinadlar

Xarici keçidlər Tsurunen veb-saytı

Kateqoriya:Yaponiya lüteranları Kateqoriya:Finlandiya–Yaponiya münasibətləri Kateqoriya:Yuqavara Kateqoriya:Yaponiya siyasətçiləri