Elcan Hacıyev () — Azərbaycanı təmsil edən cüdoçu; 2024-cü il Avropa çempionatının qalibi.

1 mart 2026-cı il tarixinə olan məlumata görə, 370 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində beşinci yeri tutur.

Karyerası Elcan Hacıyev 2019-cu ildə Antalya şəhərində yeniyetmələrin beynəlxalq turnirini və U-18 Azərbaycan Çempionatını gümüş medallarla başa vurdu. 2020-ci ildə isə Poreç şəhərində (Xorvatiya) yeniyetmələrin Avropa Çempionatını beşinci pillədə tamamladı.

Elcan Hacıyev 2021-ci ildə İtaliyada gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Noyabrda isə Azərbaycanda IJF Grand Slam turnirini bürünc medalla başa vurdu. 2022-ci ildə Tbilisi şəhərində də (Gürcüstan) IJF Grans Slam turnirinin bürünc medalına sahib olan Elcan Hacıyev mövsüm ərzində Praqa şəhərində (Çexiya) gənclər arasında Avropa Çempionatının qalibi oldu, Ekvadorda isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.

Elcan Hacıyev 2023-cü ilin yanvarında Portuqaliyada IJF Qran-Prisində gümüş, iyununda isə Düşənbədə IJF Qran-Prisində bürünc medallara sahib oldu. Komanda hesabında iyulda Çinin Çendu şəhərində Universiada Oyunlarını bürünc medalla başa vurdu.

2024-cü il Elcan Hacıyev üçün ən uğurlu mövsümlərdən oldu. Yanvarda Portuqaliyada IJF Qran-Pri turnirini bürünc, fevralda Fransada IJF Grand Slam turnirini gümüş, martda Gürcüstanda IJF Grand Slam turnirini gümüş medallarla başa buran Elcan Hacıyev apreldə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu oldu. Mayda Qazaxıstanda da IJF Grand Slam turnirini də bürünc medalla başa vurdu. IJF olimpiya reytinq cədvəlinə əsasən Elcan Hacıyev və Murad Fətiyev olimpiya normativinə uyğun idi, amma olimpiada da bir MOK-u ancaq bir idmançı təmsil etməlidir deyə Azərbaycan Cüdo Federasiyası Hacıyev və Fətiyev arasında seçim apardı. İyulun 1-də federasiya olimpiada da Elcan Hacıyevin mübarizə aparması barədə qərar qəbul etdi.

Reytinq 19 May 2025-ci il Beynəlxalq Cüdo Federasiyası (-90 kq) reytinq cədvəlinə əsasən Elcan Hacıyev 3002 xal ilə 5-ci yerdədir

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Cüdo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar