Vəli Murad oğlu Əbilov (; ) — Krım tatar yazıçısı, müəllimi, publisist və jurnalisti. Krım Tatar Pedaqoji Kollecinin (1925-1925), M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru (1933-1934). Sov.İKP(b) üzvü. Represiya qurbanı. O, 1937-ci ildə “Milli Firqə” təşkilatının üzvü kimi həbs edilib. Yeddi il xalq düşməni kimi düşərgələrdə həbs çəkib və orada vəfat edib. Vəli Əbilov 1957-ci ildə ölümündən sonra reabilitasiya olunub. Həyatı Vəli Əbilov 1898-ci ildə Simferopol rayonu ərazisində kəndli ailəsində anadan olub.
İbtidai təhsilini müəllimi Abdulla Lətifzadə olan kənd məktəbində alıb. 1914-1919-cu illərdə Yevpatoriya rayonunun Murzabek və Baim kəndlərində müəllimlik edib.
1920-ci ildə Murzəbəkdə kənd komitəsinin sədri olub. 1921-1923-cü illərdə Moskvada İ.V.Stalin adına Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil alıb. Krıma qayıdaraq sovet partiya məktəbinin Tatar vilayət şöbəsinə rəhbərlik edib. Regional müəllim kurslarında sosial elmlərdən mühazirələr oxuyub. 1925-1926-cı illərdə Xalq Maarif Komissarlığında siyasi maarif işçisi olub. 1925-ci ildə Totayköydə yerləşən Krım Tatar Pedaqoji Texnikumunun müdiri təyin edilib və bir tədris ili bu vəzifədə çalışıb. Sov.İKP(b) üzvü idi.
1920-ci illərdən etibarən Vəli Əbilov yarımadada qəzet və jurnallarda çap olunmağa başlayır. O, xeyli sayda məqalələrin, bədii ədəbiyyatın və pyeslərin müəllifidir. “Adil yaxut binden biri” və “Üç yol” pyesləri 1925-ci ildən 1927-ci ilə qədər Krım Dövlət Tatar Teatrının quruluşunda tamaşaya qoyulub. Əbilov həmçinin “Elvida” (“Əlvida”) və “Ömür Baari” (“Ömür baharı”) pyeslərinin müəllifidir.
1928-ci ildə Leninqrad Siyasi Maarif İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru vəzifəsinə təyin edilib.(1933-1934). 1935-1938-ci illərdə “Yeni dünya” qəzetində redaktor vəzifəsini icra edib.
1937-ci il sentyabrın 18-də Vəli Əbilov Böyük təmizləmə prosesi çərçivəsində həbs olunub. O, əksinqilabi “Milli Firqə” təşkilatının işində iştirak etməkdə ittiham edilib. 1938-ci il avqustun 14-də SSRİ NKVD-nin xüsusi iclası onu 58-ci maddə ilə səkkiz il məcburi əmək düşərgələridə həbsə məhkum edib.
Vəli Əbilov 1945-ci ildə düşərgədə vəfat edib. 18 iyul 1957-ci ildə Krım Regional Məhkəməsinin qərarı ilə Əbilov ölümündən sonra Stalin repressiyalarının qurbanı kimi reabilitasiya olunub.
İstinadlar
Xarici keçidlər ana-yurt.com
Kateqoriya:Krım Tatar Pedaqoji Kollecinin müəllimləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar