Tehran Ölüm Komitəsi — 1988-ci ildə İran İslam Respublikasının keçmiş ali rəhbəri Seyid Ruhullah Xomeyni tərəfindən verilən fətva ilə həbsxanalarda siyasi məhbusların kütləvi edamlara səbəb olan şəxslərə verilən ümumi ad.

Edamların zirvəsi 1988-ci ilin yayında baş tutmuşdur. İran–İraq müharibəsinin sona çatması ilə azad medianın olmadığı bir şəraitdə Xomeyni fətva vermiş, İslam Respublikası hakimiyyətinə ideoloji və siyasi cəhətdən rəqib olan məhbuslarla bağlı ölüm hökmü verilmişdir. "Front Line Defenders" təşkilatının bildirdiyinə görə, İran həbsxanalarında insan hüquqlarından məhrum edilmiş minlərlə məhbus edam olunmuşdur. Qətllər ölkənin ən azı 32 şəhərində baş vermiş, öldürülənlərin sayı 2,500-dən 30,000 nəfərə qədər olmuşdur. Onların çoxu işgəncələrə məruz qalmışdır. Öldürülənlərin əksəriyyəti İran Xalq Mücahidləri Təşkilatının tərəfdarları idi, lakin digər solçu qrupların, o cümlədən İran Xalq Fədailəri Təşkilatı və İran Tudə Partiyasının tərəfdarları da var idi.

Üzvləri Zərərçəkənləri ölümə məhkum edən "Tehran Ölüm Komitəsi"nə dörd nəfər daxil idi:

Mürtəza Eşraqi, Baş prokuror və Ali Məhkəmənin hakimi (1989–1998); Baş prokurorun müavini İbrahim Rəisi; Hüseyn Əli Nayeri, dini hakim, İran Ali Məhkəməsinin sədr müavini (1989–2013); Mustafa Purməhəmmədi, Silahlı Qüvvələrin qərb bölgələri üzrə İnqilab Məhkəməsinin prokuroru.

Onların dördü də edamlarına görə heç vaxt mənfi nəticələrə məruz qalmamışlar.

İstinadlar

Kateqoriya:İranda siyasi məhbusların edamı (1988)