Rəşid Elşad oğlu Məmmədəliyev () — Azərbaycan cüdoçusu, cüdo üzrə Azərbaycan yığmasının üzvü, 23 yaşadək cüdoçular arasında Avropa çempionu (2019), Böyük Dəbilqə və Qran Pri turnirlərinin dördqat qalibi (2023, 2024), XXXI Dünya Universiadasının gümüş mükafatçısı, Azərbaycan çempionu (2023).

Həyatı Rəşid Məmmədəliyev 21 aprel 2000-ci ildə anadan olub.

O, 2019-cu ilin noyabrında İjevskdə finalda rusiyalı Ayub Xajəliyevə qalib gələrək 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub. 2022-ci ildə Celjedə Avropa Kubokunu əldə edib.

2023-cü ilin may ayında Məmmədəliyev Linsdə keçirilən Qran Pridə gümüş medal qazanıb. Məmmədəliyev 2023-cü ilin iyununda Azərbaycanın kişi cüdo yığmasının tərkibində Krakovda keçirilən III Avropa Oyunlarında iştirak edib. Həmin ilin iyul ayında Çenqduda keçirilən XXXI Ümumdünya Universiadasında 73 kq çəki dərəcəsində gümüş medal (finalda yapon Tatsuki İşiharaya uduzub)Мамедалиев завоевал серебро Универсиады və komanda turnirində bürünc medal qazanıb. Bürünc uğrunda komanda mübarizədə Monqolustan yığmasını məğlub edib. 2023-cü ilin oktyabrında Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc uğrunda mübarizədə ABŞ-dan olan Cek Yonezukini məğlub edərək bürünc medal qazanıb.

2023-cü ilin dekabrında Məmmədəliyev Azərbaycan çempionatının qalibi olub.

2024-cü ilin fevralında Məmmədəliyev Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində yarımfinalda həmyerlisi Hidayət Heydərova, bürünc uğrunda döyüşdə isə kanadalı Artur Margelidona uduzaraq beşinci yeri tutub.Гейдаров и Цкаев выиграли бакинский Большой шлем 2024-cü ilin martında o, Linsdə keçirilən Qran Pridə ikinci yeri tutaraq finalda Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanova uduzub.Мамедалиев проиграл в финале Гран-при Ayın sonunda Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin finalına yüksələ bilib və burada yenə Osmanova məğlub olub.

2026-cı ilin oktyabrında Bakıda cüdo üzrə dünya çempionatında Rəşid Məmmədəliyev 1/16 finalda kanadalı Castin Lemir üzərində qələbə qazandı, 1/8 finalda britaniyalı cüdoçu İtan Nairini məğlub etdi, dörddəbir finalda fransalı Dəyan Bulemtafesə məğlub oldu, təsəlliverici görüşdə isə italiyalı Leonardo Valerianiyə qalib gəldi və üçüncü yer uğrunda mübarizədə Daniel Karnin üzərində qələbə qazanaraq bürünc medal əldə etdi.

İstinadlar

Xarici keçidlər Rashid Mammadaliyev/judo-career