Bekri Mustafa (; ) — Osmanlı imperiyası dövründə yaşamış lətifəçi və hafiz.

Həyatı 1593-cü ildə İstanbulun Fateh ilçəsinin Kadırga adlı səmtində doğulub. XVI əsrin sonlarında və XVII əsrin əvvəllərində İstanbulda yaşamışdır. Onun lətifələrinin qəhrəmanı illərlə xalqın dilində yayılan Osmanlı əyyaşıdır. Spirtli içkiləri qadağan edən IV Murad barəsində yazdığı lətifələr onun bu dövrdə yaşadığını göstərir. Mənbələrdə onun Eminönündə yaşadığı və orada dəfn edildiyi qeyd olunur.

Uşaqlıqda aldığı təhsillə hafiz olmuş, kiçik yaşlarından içkiyə başladığı üçün "Bekri" ləqəbini almışdır. Mənbələrdə onun hündürboylu və boylu-buxunlu biri olduğu qeyd olunur. "Bekri" sözü türk dilindən əyyaş mənasına gəlir.Bekri Ne Demek? Bekri Kelimesinin TDK Sözlük Anlamı Nedir?

IV Muradla olan xatirələr Libasını dəyişdirərək gəzən IV Murad bir gün Bekrinin qayığına minər. Onun içdiyi mayedən o da istəyir. Bekri utancaq olduğu üçün əvvəl çəkinər, amma sonra içkidən ona da verər. İçdikdən sonra IV Murad "mən bunu qadağan etmədimmi?" deyə soruşar. Bekrinin də "sən kimsən?" sualına, Murad da "padşaham" deyə cavab verir. Bekri içkini Muradın əlindən alır və belə deyir: "kifayətdir, iki qurtum içib özünü padşah zənn elədin, bir də içsən, haşa, Allaham deyəcəksən".Kerem Çalışkan, Herkes için Osmanlı, Caretta Yayıncılık, 2016, İstanbul, s. 387.

İstinadlar

Kateqoriya:Osmanlı imperiyası şəxsləri