Bernhard Dorn (Tam adı: Johannes Albrext Bernhard Dorn), (; ) — Şərqşünas-tarixçi, iranşünas, semitoloq, Sankt-Peterburq İmperator Elmlər Akademiyasının həqiqi üzvü (1842-ci ildən), məxfi məsləhətçi
Həyatı
O ilk növbədə Leypsiq Universitetində oxumuş, daha sonra isə Xarkov Milli Universitetində Şərq dilləri professoru olmuşdur. Daha sonra Xarici İşlər Nazirliyinin Şərq Dilləri İnstitutunda tarix və coğrafiya professoru dərəcəsinə yiyələnmişdir. Həmçinin Sankt-Peterburq Universitetində sanskrit və şərq dillərindən dərs demişdir.
1835-ci ildə Dorn Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur. 1842-ci ildə Asiya Muzeyinin direktoru seçilmiş, 1855-ci ildə isə Böyük Pyotrun Antropologiya və Etnologiya Muzeyinin direktoru olmuşdur.
İstinadlar
Kateqoriya:Rusiya imperiyasının tarixçiləri