Yaxşı oğlanlar — Şeyn Blekin rejissorluğu və Şeyn Blek ilə Entoni Baqarozzinin müştərək yazdıqları süjet xətti ilə 2016-cı ildə çəkilmiş Amerika istehsalı olan neo-noir, komediya, triller filmi. Filmin aktyor heyətində Rassel Krou, Rayan Qoslinq, Anqori Rays, Mett Bomer və Kim Beysinger kimi məşhur aktyorlar iştirak etmişdirlər.

Filmin premyerası 15 may 2016-cı ildə 2016 Kann Film Festivalında baş tutmuşdur. Filmin ABŞ-dəki premyerası isə Warner Bros. tərəfindən 20 may 2016-cı ildə baş tutmuşdur.

Rollarda

İstehsalı

Şeyn Blek 2001-ci ildə Entoni Baqarozzi ilə bərabər ssenarinin bir versiyasını yazmışdır.Giroux, Jack.  Lakin ssenarinin bu versiyası heç bir alıcının diqqətini cəlb edə bilməmiş və bir müddət ssenarinin bu versiyası ilə bir televiziya serialının çəkilməsi planı nəzərdən keçirilmişdi. Daha sonralar isə Blek filmin son versiyasının buraxılışını dəstəkləmək üçün televiziya serialı ideyasını tənqid edərək, “bu heç də yaxşı bir fikir deyildi” demişdir.

Filmin son versiyası 2014-cü ilin iyun ayda elan edilmiş və bu versiyaya əsasən filmdə baş rolları Rassel Krou və Rayan Qoslinq ifa etməli, filmin prodüseri isə Coel Silver olmalı idi."Ryan Gosling & Russell Crowe May Be 'Nice Guys' for Shane Black" . firstshowing.net. 12 June 2014. Daha sonra isə Blek filmin inkişafında etdikləri köməklərinə görə Krou və Qoslinqə borclu olduğunu bildirmişdir.

Filmin əsas çəkilişləri 27 oktyabr 2014-cü ildə Atlanta və Dekeyter şəhərlərində başlamışdır."Ryan Gosling's 'The Nice Guys' is Now Casting Actors for a Very Featured Role" . projectcasting.com. Filmin çəkilişlər həmçinin Los-Ancelesdə də aparılmışdır.

Premyera

Filmin premyerası ABŞ-da əslində 2016-cı il iyul ayının 17-nə təyin edilmişdi.<cite class="citation news">"Russell Crowe-Ryan Gosling Pic 'The Nice Guys' Gets Summer 2016 Release Date" Lakin Warner Bros. filmin premyera tarixini 2016-cı ilin 20 may tarixinə irəli çəkmişdir.

Tənqidlər

Film film tənqidçilərindən müsbət rəylər al8dı. Metacriticdə 51 tənqidçidən 45 tənqidçinin müsbət rəyini almış film orta hesabla 70 bal yığmışdır. Rotten Tomatoes saytında isə filmin aldığı 240-dan çox rəyin 91%-i müsbət istiqamətdə olmuş və bu nəticə ilə 10-dan 7,5 bal əldə etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:2010-cu illərin cinayət filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin döyüş komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin baddi filmləri Kateqoriya:Bəstəkar Conn Ottmanın film musiqiləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Silver Pictures filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Atlantada çəkilmiş filmlər Kateqoriya:Coel Silverin prodüseri olduğu filmlər Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:2010-cu illərin döyüş komediya filmləri Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:2016-cı ilin komediya filmləri Kateqoriya:Bəstəkar Devid Bukleyin film musiqiləri Kateqoriya:2016-cı ilin döyüş komediya filmləri Kateqoriya:2016-cı ilin qara yumor filmləri Kateqoriya:2016-cı ilin cinayət komediya filmləri Kateqoriya:2010-cu illərin dostluq komediya filmləri Kateqoriya:ABŞ-nin baddi döyüş filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:Alkoqolizm haqqında filmlər Kateqoriya:İtkin düşmüş insanlar haqqında filmlər Kateqoriya:Pornoqrafiya haqqında filmlər Kateqoriya:Rejissor Şeyn Blekin filmləri Kateqoriya:1977-ci il haqqında filmlər Kateqoriya:Atlanta haqqında filmlər Kateqoriya:Ssenari müəllifi Şeyn Blek olan filmlər Kateqoriya:Icon Productions filmləri Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:İngilis dilində döyüş komediya filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:ABŞ-nin triller filmləri