Cavetown () — Birləşmiş Krallıqdan olan müğənni-mahnı yazarı və YouTuber. Onun diskoqrafiyasının böyük hissəsini indi-pop, indi-rok, bedrum pop və ukulele balladalı mahnılar təşkil edir. Bununla bərabər onun yaradıcılığında yeniyetməlik, psixi sağlamlıq və eləcə də LGBT mövzuları geniş yer tutur.

Fəaliyyətinə 2012-ci ilin noyabrında "YouTube" məcrasından kanal açmaqla başlayıb. Paylaşdığı ilk orijinal mahnısı "Haunted Lullaby" adlanır. 2013-cü ildə hələ 14 yaşında özünün birinci albomu sayılan "Everything Is Made of Clouds"u "Bandcamp" üzərindən təqdim edib. 2024-cü ilin mart ayında onun "Spotify"da aylıq 6.6 milyon dinləyicisi olub. 2024-cü ilin iyununda "YouTube" kanalındakı abunəçi sayı 2 milyonu ötüb.

Həyatı Robin Daniel Skinner 15 dekabr 1998-ci ildə İngiltərənin Oksford şəhərində doğulmuşdur. Musiqiyə erkən yaşlarından maraq göstərib. Atası Devid Skinner musiqişünas və xor dirijoru olub. O, övladının istedadını kəşf edərək 8 yaşından musiqiçi kimi yetişdirib, akustik gitara çalmağı öyrədib. Anası isə peşəkar barokko flüt ifaçısı və musiqi müəllimi olub. Cavetown Kembricdə böyüyüb və təhsilini həmin şəhərdəki akademiya məktəbi olan ""-də alıb. 2010-cu ildən 2015-ci ilə qədər orada oxuyub. Qalan təhsilini 2017-ci ilə qədər ""-də alıb.

Şəxsi həyatı O, 2020-ci ildən trans kişidir. ADHD-ya sahibdir.

Diskoqrafiya Studiya albomları Cavetown (2015) 16/04/16 (2016) Lemon Boy (2018) Sleepyhead (2020) Worm Food (2022) Mini-albomlar Dear. (2018) Man's Best Friend (2021) little vice (2024) Miksteyplər Animal Kingdom (2019)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Transgender müğənnilər Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:İngiltərənin əlil şəxsləri