III Marqarita (; ; ) — Flandriya qrafı II Lüdovikin qızı, Flandriya qrafinyası, Burqundiya hersoqinası.

1355-ci ildə 6 yaşlı Burqundiya hersoqu I Filipplə evləndirildi. O əsnada gəlinin 5, bəyin isə 9 yaşı vardı. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik bəyin 14 yaşında ikən vəbadan vəfat etməsiylə başa çatdı. Üstəlik ərinin ölümündən sonra Burqundiya hersoqluğu 1361-ci ildə Fransa kralı II İohann tərəfindən işğal edildi.

1369-cu ildə Marqarita Fransa kralı II İohannın yenicə Burqundiya hersoqu təyin edilən oğlu Cəsur Filipplə evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu.

Qorxusuz Con, Burqundiya hersoqu (1371-1419) Karl (1372-1373) Marqarita, Bavariya hersoqinası (1374-1441) Lüdovik (1377-1378) Ketrin, Avstriya hersoqinası (1378-1425) Bonna (1379-1399) Antoni, Brabant hersoqu (1384-1415) Mariya, Savoyya hersoqinası (1386-1422) Filipp, Never qrafı (1389-1415)

1384-cü ildə atası II Lüdovikin geridə varis qoymadan ölümündən sonra, Marqarita atasının mülklərinə də sahibləndi. Beləliklə, Arras, Never və Flandriya mülkləri də Burqundiya hersoqluğuna birləşdirildi. 1405-ci ildə, ərindən bir il sonra vəfat etdi.

Mənbə

Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363-1477. Boydell Press. ISBN 978-1-84383-162-4 Vaughan, Richard (2009b). Philip the Bold: The Formation of the Burgundian state. The Boydell Press

İstinadlar Kateqoriya:Qadın hökmdarlar Kateqoriya:XV əsr qadınları Kateqoriya:XV əsr Avropa hökmdarları Kateqoriya:XIV əsr Avropa hökmdarları