Təcrübə və ya Alman dilindəki adı ilə Das Experiment — Oliver Hirşbigelin rejissorluğu ilə Stenford həbsxana eksperimenti haqqında 2001-ci ildə çəkilmiş Alman filmidir. Bu film, alman yazıçısı Mariyo Cordanonun 1971-ci ildə Filip Zimbardonun həyata keçirdiyi Stenford həbsxana eksperimentindən bəhs edən "Das Experiment Black Box" adlı kitabından ilhamlanaraq çəkilmişdir. Filmin ssenarisini Mariyo Cordanodan başqa Don Bohlinqer və Kristofer Darnştadt da yazmışdır. Filmdə baş rolları Morits Bleibtreu, Kristian Berkel, Oliver Stokovski və Andrea Savatzki ifa etmişdir. Film 2002-ci il iyun ayının 21-də Türkiyədə nümayiş olunmuşdur.

Rollarda

Həmçinin bax Təcrübə (film, 2010)

İstinadlar

Kateqoriya:Almaniya haqqında filmlər Kateqoriya:2001-ci ilin Almaniya filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:2001-ci ilin dram filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Həbsxana filmləri Kateqoriya:Triller dram filmləri Kateqoriya:Psixoloji triller filmləri