Elnur Məmmədov (9 fevral 2005) — azərbaycanlı batut gimnastı.

Karyerası Elnur Məmmədov 2005-ci ildə anadan olub.

Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür.

Uğurları 2014-cü ildə Litvanın Visaginas şəhərində tamblinq üzrə keçirimiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

2017-ci ildə Rusiyada təşkil olunmuş tamblinq üzrə beynəlxalq turnirlərdə Stavropoldakı yarışda 4-cü, Krasnodarda isə 6-cı yeri tutub.

2021-ci ildə Bakıda baş tutmuş Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarında Azərbaycanı təmsil edən 15 gimnastdan biri olub.

2022-ci ildə Bakıda keçirilmiş Azərbaycan birinciliyində tamblinq növü üzrə 3-cü yerin sahibi olub.

2023-cü ildə Böyük Britaniyanın Birminhem şəhərində təşkil olunmuş Batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında komanda hesabı ilə qızıl medal qazanıb.

Həmçinin bax Azərbaycanda batut gimnastikası Tamblinq

İstinadlar

Xarici keçidlər Elnur Məmmədov — idmançı profili

Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:Azərbaycanın batut gimnastları