Arvad kimi — rejissor Ceyms Berd tərəfindən çəkilmiş Amerika elmi-fantastika triller filmidir. Filmdə əsas rolları Conatan Ris Meyers və Yelena Kampuris ifa etmişdirlər. Filmin çəkilişləri Kanadanın Vankuver şəhərində aparılmışdır.

Rollarda

Conatan Ris Meyers — Uilyam Berdell rolunda Yelena Kampuris — Meredit rolunda Doron Bell — agent Cek Doerksen rolunda Aqam Darşi — Luiza rolunda Sara Sampayo — Vendi rolunda Aliks Villaret — Lidi rolunda Fletçer Donovan — Kin Morrison rolunda Lana — Holli rolunda Stiven Lobo — Marion Venner rolunda

Buraxılış

Film 12 avqust 2022-ci ildə tələb əsasında və rəqəmsal olaraq seçilmiş kinoteatrlarda nümayiş olunmuşdur. 2023-cü ilin dekabr ayından etibarən Netflix platformasında yerləşdirilmişdir.

Rəylər

Rotten Tomatoes saytında, film 8 rəy əsasında yalnız 13% "təzə" reytinqlə mənfi rəylər almışdır.

Blu-ray.com saytında Brayn Orndorff filmi 5 ulduzdan 3,5 ulduzla qiymətləndirmişdir.

İstinadlar

Kateqoriya:ABŞ-nin elmi-fantastika triller filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Paramount Pictures filmləri