Hendrik Doeff (; ) – Naqasaki limanında yerləşən Decima adasındakı Holland fabrikinin 1803–1817-ci illərdəki başçısı. Yapon dilində Dofu adı ilə tanınırdı.

Yaponiyada fəaliyyəti Hendrik Doeff 1798-ci ildə Holland Ost-Hind şirkəti tərəfindən Decimaya göndərilmiş, 1799-cu ilin iyulunda Naqasakiyə çatmışdır. 1800-cü ildə Bataviyaya səfər etdikdən sonra Decimada yerləşən Holland fabrikinin başçısının katibi kimi işləmişdir. 1803-cü ildə başçı vəzifəsinə keçmiş və bu vəzifədə olduğu müddət ərzində Edo şəhərində oturan şoqunu üç dəfə ziyarət etmişdir.

Doeff 1808-ci ildə baş verən "Phateon" insidenti zamanı şoqunluğun tərəfini tutmuş və holland postunu müdafiə etmişdir. Belə ki, Birləşmiş Krallığa məxsus "Phaeton" gəmisi 1808-ci ildə şoqunluğun icazəsi olmadan Naqasaki limanına daxil olmuş və Decimadan təchizat götürmüşdür. Avropada baş verən Napoleon müharibələri zamanı Yava adasının britaniyalı leytenant-qubernatoru Tomas Raffls 1811-ci ildə Decima adasını ələ keçirməyə çalışmış, lakin Doeff adanı müdafiə etmişdir.

Doeffin rəhbərliyi və Decimadakı tərcüməçilərin əməkdaşlığı ilə hollandca-yaponca lüğəti tərtib olunmuşdur. "Doyaku Haruma" və ya "Naqasaki Haruma" kimi tanınan bu lüğət Doeffin gedişindən sonra 1833-cü ildə nəşr olunmuşdur. Baba Sadayoşiyə holland və fransız dillərini öyrətmiş, Yaponiyaya vaksinasiya haqqında ilk məlumatları gətirmişdir. Doeff Niderlanda qayıdandan sonra Yaponiya haqqında xatirələrindən bəhs edən "Yaponiya xatirələri" (; 1833) əsərini nəşr etdirmişdir.

Haykular Henrdik Doeff hayku yazmış ilk holland şəxs hesab olunur. O, yapon dili və mədəniyyəti ilə maraqlanmış, haykular yazmışdır. Dövrün Yaponiya nəşrlərində onun tərəfindən yazılmış iki hayku tapılmışdır. Haykularından biri: öz qollarını mənə ver ildırım kimi cəld səfərimdəki bir balış üçünイナヅマ ノ カヒナ ヲ カラン クサ マクラInadsma no Kaÿna Wo karan Koesa Makura

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hayku şairləri Kateqoriya:Yaponiyadakı Niderland qürbətçiləri Kateqoriya:Niderland diplomatları