İvan Alekseeviç Susloparov (; ) — sovet hərb xadimi, diplomat və kəşfiyyatçı, artilleriya general-mayoru (1940). SSRİ-nin Fransadakı daimi nümayəndəliyində hərbi attaşe (1939–1941), Fransada müttəfiq qüvvələrin qərargahında Sovet hərbi missiyasının rəhbəri (1944–1945). Birinci Dünya müharibəsi, Rusiya vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi iştirakçısı.

Susloparov hərbi xidmətə 1916-cı ildə Rusiya İmperator Ordusunda başlayıb . O, 1917-ci ildə Petroqradda oktyabr silahlı üsyanında iştirak etmiş, 1918-ci ildə Fəhlə və Kəndli Qırmızı Ordusuna qoşulmuş və burada artilleriya general-mayoru rütbəsinə qədər yüksəlmişdir. 1939–1941-ci illərdə SSRİ-nin Fransadakı hərbi attaşesi olan Susloparov həm də sovet hərbi kəşfiyyatının rezidenti olub və Qərbi Avropada kəşfiyyat şəbəkəsini idarə edib. Böyük Vətən müharibəsi illərində Qırmızı Ordunun Artilleriya Baş İdarəsinin qərargahına rəhbərlik etmiş, 16-cı Ordunun artilleriya komandirinin müavini, sonra Qərb Cəbhəsinin 10-cu Ordusunun artilleriyasına komandirlik etmiş və 1944-cü ilin noyabrında Qərb müttəfiqlərinin qərargahında SSRİ-ni təmsil etmişdir.

7 may 1945-ci ildə Reymsdə general-mayor Susloparov heç bir səlahiyyəti olmadan Sovet komandanlığı adından Almaniyanın kapitulyasiyası aktını imzaladı. Sovet tərəfi 1945-ci il mayın 8-də Karlshorstda yenidən kapitulyasiyanın imzalamasını həyata keçirdi. Susloparova qarşı heç bir sanksiya tətbiq edilməməsinə baxmayaraq, onun rütbəcə irəliləməsi dayandırıldı. 1955-ci ildə təqaüdə çıxmazdan əvvəl ali hərbi təhsil müəssisələrində, xüsusən də Hərbi Diplomatik Akademiyada müxtəlif vəzifələrdə çalışıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Strateji Raket Qüvvələri Hərbi Akademiyasının məzunları Kateqoriya:"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:II dərəcəli "Suvorov" ordeni kavalerləri Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları