Kuryer () — Rejissor Daniel Kalparsoronun 2024-cü ildə çəkdiyi kriminal triller filmidir. Filmin süjet xətti Patxi Amezcua və Aleyo Flah tərəfindən yazılmışdır. Filmdə baş rolları Maria Pedraza, Luis Tosar və Aron Piper ifa etmişdir.
Süjet xətti
Filmin hadisələr 2002-ci ildə avronun dövriyyəyə buraxılması fonunda baş verir. Belə ki, Vallekasdan olan İvan adlı gənc bir valet çirkli pulların yuyulması ilə məşğul olan beynəlxalq kartelə qoşulur və bu kartelin cərgələrində yüksəlməyə başlayır.
Rollarda
Aron Piper — İvan Maria Pedraza — Letisiya Luis Tosar — Eskames Laura Sepul — Anna Mariya Nurdin Batan — Yannik Xose Manuel Poqa — Xavier Okana Luis Zahera — komissar Roiq Herve Falçiani — özü
Çəkiliş
Film Vaca Films tərəfindən Panache Productions və La Compagnie Cinématographique ilə bərabər həm də, Playtime, Netflix, RTVE, Movistar Plus+, Canal+ və Ciné+ şirkətlərinin iştirakı ilə çəkilmişdir. Film Madrid, Brüssel, Marbelya, Cenevrə və Honkonqda çəkilmişdir.
Yayım
Film Universal Pictures International Spain şirkətinin distribütorluğu ilə 19 yanvar 2024-cü ildə İspaniyada kinoteatrlarda nümayiş olunmuşdur.
İstinadlar
Kateqoriya:İspaniya filmləri Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:Madriddə çəkilən filmlər Kateqoriya:Belçikada çəkilən filmlər Kateqoriya:Honkonqda çəkilən filmlər Kateqoriya:2024-cü ilin filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İspanca filmlər Kateqoriya:Fransanın dram filmləri