Berfin Altan () ― görmə məhdudiyyəti olan türk qolbolçu. O, 2021 IBSA Avropa Qolbol Çempionatında mübarizə aparmış Türkiyə milli komandasının üzvü olub.
Altan Türkiyənin Dənizli şəhərində yerləşən “Durmuş Ali Çoban Anadolu Lisesi” kor və görmə məhdudiyyətlilər məktəbinin orta məktəb şagirdi və məktəbin qolbol komandasının üzvü olub.
O, ilk öncə şahmat və cüdo ilə məşğul olmuş, daha sonra 2016-cı ildə qolbol oynamağa başlamışdır. 2018-ci ildən Türkiyə qadın milli qolbol komandasının düşərgələrinə çağırılıb. Türkiyənin Samsun şəhərində keçirilən 2021 IBSA Goalball Avropa Çempionatında iştirak etmiş, gümüş medal qazanmışdır.
İstinadlar
Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar