Yağlıvənd gölü — Azərbaycan Respublikasının Füzuli rayonununda göl. Şirin sulu, axarlı göldü. Göl rayonun Yağlıvənd kəndi ərazisində yerləşir. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda Köndələnçay və Ağoğlan çayının qarşısını kəsib, bənd atdılar və Köndələnçay səddini tikdilər.

Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra su anbarı istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır.

Lakin Füzuli rayonunun Yağlıvənd kəndi erməni qəsibkarları tərəfindən işğalı (15 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsindən sonra adıçəkilən göl yenidən təmir edilərək bərpa edildi.

İstinadlar

Həmçinin bax Əsgərxan bulağı Barat bulağı Lələli bulağı Yağlıvənd: faciədən zəfərə (film, 2024)