Calal Volci Abdullai (5 yanvar 2005, Qana) — Allsvenskan təmsilçilərindən olan "Elfsborq" klubunda hücumçu kimi çıxış edən peşəkar Qana futbolçusu.
Klub karyerası Abdullai 2023-cü ilin yaz aylarında Qana təmsilçilərindən olan İnter Alayz klubundan İsveçə gəlmişdir. O, əvvəlcə "Elfsborq" klubunun U-19 komandası ilə məşqlərə başlamış, məşqlərdə uğurlu çıxışından sonra isə əsas komandaya dəvət edilmişdir. 2023-cü ilin iyul ayında klub Abdullaini transfer etmək qərarına gəlmişdir. 2024-cü ilin aprel ayında Expressen jurnalı oyunçunu Allsvenskanda çıxış edən 5-ci ən yaxşı gənc futbolçu elan etmiş və onu "cilalanmamış almaz" adlandırmışdır.
Abdullai klubda ilk qolunu 2023-cü ilin sentyabr ayında "Halmstad" klubuna qarşı oyunda vurmuşdur. Onun həlledici qolu ilə komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. Həmçinin həmin görüşdə Calal qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. 2024-cü ilin may ayında "AİK" klubuna qarşı oyunda dublla yadda qalan Abdullai qol sevincini rəqib komandanın azərkeşləri qarşısında çılğınca qeyd etdiyinə və formasını soyunduğuna görə sarı vərəqə ilə cəzalandırılmışdır. 2024-cü ilin iyulunda isə o, "Myelbü" klubuna qarşı görüşdə 22-ci saniyədə qolla yadda qalmışdır.
Abdullai 2024-25 UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Riyeka" və "Pafos" klublarına qarşı görüşlərdə fərqlənməyi bacarmışdır. 2024-cü il yay transfer pəncərəsində çıxan şayiələrə baxmayaraq, Abdullai klub ilə 2028-ci ilə qədər yeni müqavilə imzalamışdır.
Karyera statistikası Klub
+Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuAvropaÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolElfsborq2023Allsvenskan10242001442024Allsvenskan1940063257Ümumi karyera29642633911
İstinadlar
Kateqoriya:Qana futbolçuları Kateqoriya:Elfsborq FK futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Molde FK futbolçuları