Danimarkalı Aleksandra (; ) — Danimarka kralı IX Kristianın qızı, Britaniya kraliçası və Hindistan imperatriçası.

10 mart 1863-cü ildə Kraliça Viktoriyanın böyük oğlu və Britaniya taxt-tacının varisi Şahzadə Albert Edvardla evləndirildi. Həmin il atası IX Kristian Danimarka taxt-tacına, qardaşı I Georq isə Yunanıstan taxt-tacına sahibləndi. Toy mərasiminin ardından Uels şahzadəsi ünvanı aldı və siyasi hadisələrdən uzaq qalmağa çalışdı. Kraliça Viktoriyanın vəfatının ardından, 1901-ci ildə əri taxta çıxdı və Aleksandra Britaniya kraliçası oldu. Ancaq ərinin qısa səltənətinin ardından böyük oğlu V Georq taxta çıxarıldı. Aleksandra oğlunun səltənətində 1925-ci ildə vəfat etdi.

Həyatı

İlk illəri 1 dekabr 1844-cü ildə Kopenhagendəki Sarı sarayda doğuldu. Atası Danimarka kralı IX Kristian, anası isə Hesseli Luizadır. Monarx ailəsinə mənsub olsa da, ailəsi olduqca təvazökar həyat yaşayırdı. Atasının Danimarka taxtının varisi olduğu 1853-cü ildən sonra ailənin həyatı maddi olaraq bir az düzəldi.

Evliliyi 1861-ci ilin noyabrında 20 yaşı tamam olan Britaniya taxtının varisi Uels şahzadəsi Albert Eduard üçün seçilən gəlin namizədlərindən biri idi. Bəy namizədinin bacısı və Alman imperatoru III Fridrixin xanımı olan Kraliça Viktoriya bu evlilik planının tərtibatçısı hesab olunur. Onun səyləriylə cütlük 24 sentyabr 1861-ci ildə Almaniyanın Speyer şəhərində tanış edildi. Vəliəhdin irlandiyalı aktrisa Nelli Klifdenlə olan münasibətinin sonlanması və atası Şahzadə-konsort Şahzadə Albertin vəfatı cütlüyün toy mərasimini gecikdirdi. 9 sentyabr 1862-ci ildə atasının əmisi Belçika kralı I Leopoldun Laykendəki sarayında Aleksandraya evlilik təklifi etdi. Bir neçə ay sonra Britaniyaya səyahət edən Aleksandra ilə vəliəhdin toy mərasimi 10 mart 1863-cü ildə Vindzor sarayındakı Müqəddəs Corc kilsəsində baş tutdu. Cütlüyün bu nigahdan 6 övladı doğuldu. Buna baxmayaraq, evlilikləri boyunca vəliəhdin bir çox məşuqəsi oldu.

Vəliəhd xanımı kimi Prussiya vəliəhdinin xanımı olan baldızı Şahzadə Viktoriya və qaynanası Kraliça Viktoriyanın etirazlarına baxmayaraq, yeni başlayan Danimarka-Prussiya müharibəsində əri Şahzadə Albert Eduardla birlikdə Danimarkanı müdafiə etdilər. Qaynanasıyla olan soyuq münasibətinin səbəbi də, məhz almanlara olan dərin nifrəti idi. Çünki Kraliça Viktoriya alman əsilli idi və saray əyanlarının çoxu da alman idi.

1868-ci ilin aprelində İrlandiyaya, 1869-cu ildə isə Avstriya, Misir və Yunanıstana rəsmi səfərlər etdilər. Xədiv İsmayılın hərəmini ziyarət etdi və İstanbulda ikən Osmanlı sultanı Sultan Əbdüləzizlə şəxsən tanış oldu.

Ailəvi xəstəliyi olan karlıqdan əziyyət çəkən Aleksandra 1877-ci ilin yazını Yunanıstanda keçirdi. Bu illərdə davam edən Rusiya-Osmanlı müharibəsində açıq şəkildə rusları dəstəklədi. Buna səbəb isə bacısı Mariyanın rus vəliəhdi çareviç Aleksandrla evli olması və qardaşı Yunan kralı I Georqun türklərlə olan düşmənçiliyi idi. Növbəti 3 il boyunca övladlarından ayrı qaldı. Belə ki, hər iki oğlu da təhsilləriylə bağlı ölkə xaricinə göndərilmişdi. 1881-ci ildə əriylə birlikdə Sankt-Peterburqa rəsmi səfər etdi. Məqsəd isə həm sui-qəsdlə öldürülən Çar II Aleksandrın cənazəsində Kraliça Viktoriyanı təmsil etmək, həm də Aleksandranın yenicə çariça olan bacısı Mariya Fyodorovnanı təbrik etmək idi. Onların bir sonrakı Rusiya səfəri isə 1894-cü ildə baş tutdu. Bu səfərin səbəbi isə Çar III Fridrixin ölümü və dul qalan bacısını təsəlli etmək idi. Ancaq bu səfərləri biraz uzun oldu. Belə ki, yeni taxta çıxan bacısı oğlu II Nikolayı baldızı Şahzadə Alisin qızıyla evləndirmək niyyətində idi. Cütlüyün 26 noyabrda baş tutan toy mərasimlərinin fəxri qonaqları oldular.

Kraliça kimi 1901-ci ildə qaynanası Kraliça Viktoriya vəfat etdi və əri VII Eduard adıyla taxta çıxdı. Beləcə, Aleksandra həm Birləşmiş Krallıq kraliçası və Hindistan imperatriçası oldu. Ancaq yeni kralın təcili appendisit əməliyyatına alınması səbəbilə tacqoyma mərasimləri 9 avqust 1902-ci ilədək təxirə salındı. Kraliça olaraq rəsmi vəzifələrini davam etdirən Kraliça Aleksandra oğlu Şahzadə Corc və gəlini Mariyanın xarici səyahətlərində nəvələrinin baxımıyla məşğul oldu.

Korfudakı qardaşı I Georqu ziyarət etmək üçün 1910-cu ilin aprelində Yunanıstana səyahət etdi. Ancaq ərinin ağır xəstələndiyini öyrəndi və dərhal geri qayıtdı. VII Eduardın son anlarında yanında oldu və onun ölümünün ardından Bukingem sarayından çıxaraq Marlboro villasına çəkildi.

Ana Kraliça kimi Oğlu V Corcun taxta çıxmasının ardından Ana Kraliça ünvanı alan Kraliça Aleksandra oğlunun ertəsi il baş tutan tacqoyma mərasiminə qatılmadı. Birinci Dünya müharibəsi illərində ölkədəki alman nifrətinə təkan verən çıxışlar etdi. 1916-cı ildə Sandrinqem sarayına tərtiblənən hava bombardımanından xilas edildi. 1917 Oktyabr inqilabının ardından bacısı oğlu II Nikolay devrildi və bacısı dul çariça Mariya Fyodorovna ölkədən gizlicə çıxarılaraq İngiltərəyə gətirildi. Ancaq bacısı oğlu II Nikolayın ailə fıərdləriylə birlikdə faciəvi şəkildə öldürülməsinə mane ola bilmədi.

Son illərində artan xəstəlikləri səbəbilə xarici səyahətlərə çıxmadı. 1920-ci ildə gözündəki qan damarının partlaması nəticəsində müvəqqəti korluq yaşadı. Həyatının sonlarına doğru yaddaş itkisi və nitq pozuntusu yaşadı. 20 noyabr 1925-ci ildə saat 17:25 radələrində Sandrinqem sarayında ürək tutması səbəbilə vəfat etdi. Cənazə mərasimi 27 noyabrda Vestminster abbatlığında baş tutdu. Ertəsi gün isə Vindzor sarayındakı Müqəddəs Corc kilsəsində dəfn olundu.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriAlbert Viktor8 yanvar 186414 yanvar 1892 (28 yaşında) - -V Corc3 iyun 186520 yanvar 1936 (70 yaşında)Mariya Tek (6 iyul 1893)VIII EduardVI CorcMariyaHenriCorcConLuiza20 fevral 18674 yanvar 1931 (63 yaşında)Aleksandr Duff (27 iyul 1889)Alaster DuffAleksandraMaudViktoriya6 iyul 18683 dekabr 1935 (67 yaşında) - -Maud26 noyabr 186920 noyabr 1938 (68 yaşında)VII Haakon (22 iyul 1896)V OlafAleksandr6 aprel 18717 aprel 1871 (0 yaşında) - -

Qalereya

Mənbə

İstinadlar Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri