"Vətəndaş A" – Azərbaycan teleserialı. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə adaptasiya edilərək çəkilmişdir.
Dram janrında olan serial, "SFN film" studiyası istehsal etmişdir və 21 sentyabr-7 dekabr 2024-cü ildə İTV-də yayımlanmışdır.
Məzmun Teleserial vətəndaşın kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini vurğulamağı və vətəndaş kimliyinin formalaşmasında təhsilin həlledici əhəmiyyətini göstərməyə çalışır. Filmin baş qəhrəmanı Almaz (Günəş Mehdizadə) Bakıdan Abdalbəyli adlı ucqar dağ kəndində məktəbdə işləməyə təyinat almış tarix müəllimidir. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlar, özbaşınalıqlar, həmçinin qadın hüquqları uğrunda mübarizə aparır.
İstehsalı
"SFN Film" şirkəti tərəfindən istehsal olunub. Serialın ssenarisini Asiman Ağa Rövşən Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazmışdır. Lakin ssenari həm süjeti, həm obrazları, həm dialoqları etibarilə pyesdən tamam fərqlidir. Prodüseri Sevinc Əliyeva olan "Vətəndaş A" rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırılmışdır.
Teleserialın çəkilişlərinə 2023-cü ilin başlanılıb və 2024-cü ildə yanvar ayında yekunlaşıb. Serialdan ilk fraqmentlər isə 19 may 2024-cü ildə yayımlanıb. Çəkilişlər Daşkəsənin Bayan kəndində, Şamaxı və Bakı şəhərlərində baş tutmuşdur. Ekran işinin ilk bölümündə Almazın rayona gəldiyi avtobus səhnəsi üç bölgədə – Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb. Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.
Çəkiliş heyəti Yaradıcı heyət Rol Adı Prodüser Sevinc Əliyeva Ssenari müəllifi Asiman Ağa Rövşən Qurluşçu rejissor Elvin Rüstəmzadə Operatorlar Vasif VəlizadəÇingiz Qulaməliyev Bəstəkar Vüqar Məmmədzadə Səs rejissoru Nadir Mahmudov Səs operatoru Emin Mahmudov Qurluşçu rəssam Vüqar Qurbanov Montaj Ruslan HümmətovVəsfi Bulud Gaffer Məhəmməd Əhmədov Rəng korreksiyası Etka Kızıltepe Geyim Ülviyyə Verdiyeva Qrim Samirə MustafayevaNərmin Hacıyeva İcraçı Orxan Cahangir
Rollarda
Rol Aktyor/Aktrisa Almaz Günəş Mehdizadə Hacı Əhməd Qurban İsmayılov Sadıq müəllim Şamil Süleymanlı Səid Elsevər Rəhimov Fərqanə Zəhra Əlisoy Səadət Zülfiyyə Qurbanova Vidadi Niyaz İlyasoğlu İqbal Əlibəy Məmmədli Yunis Eltəkin Xan Dadaş Emil Həmidov şair Dünyamalı Rauf Şahsuvarov Fəttah Şövqi Hüseynov Ülvi (Fərqanənin atası) Anar Səfiyev bələdiyyə sədri Cümşüd Oqtay Mehdiyev Validə Nəsibə Eldarova Gülzar Nigar Mürsəlova Cabbar (Fərqanənin babası) Ötkəm İsgəndərov Təvəkkül Rasəf Mehdiyev Təranə müəllimə Xalidə Əliməmmədova Fəqan Elşad Şirinov İsmayıl Toğrul İsabəyli Əşrəf Orucov müəllim Elnur Axundov Cavid Baba çoban Vaqif Kərimov notarius Rüstəm Rüstəmov
Seriya siyahısı
Xarici keçidlər
İTV kanalının rəsmi saytında serialın səhifəsi "SFN film" Instagram səhifəsi “Vətəndaş A” serialının Instagram səhifəsi "Vətəndaş A" filminin təhlili Vətəndaş A-dan vətəndaşa
Həmçinin bax
Almaz (film, 1936)
İstinadlar
Kateqoriya:2024-cü ilin Azərbaycan teleserialları Kateqoriya:Azərbaycan dram teleserialları Kateqoriya:Pyeslərə əsaslanan teleseriallar