Hessenli Yelizaveta () və ya Yelizaveta Fyodorovna (; ) — Böyük Hesse hersoqu IV Lüdovikin qızı. 1884-cü ildə Rusiya imperatoru II Aleksandrın oğlu Sergey Romanovla (atasının bibisi oğlu) evləndirildi.

Kraliça Viktoriyanın nəvəsi və son Rus imperatriçası Aleksandranın böyük bacısı olan Yelizaveta Rusiyada olduqca məşhur biri idi. Ərinin 1905-ci ildə bolşeviklərin tərtiblədiyi sui-qəsdlə öldürülməsinin ardından, sarayı tərk etdi və rahibə həyatı yaşamağa başladı. Ancaq Fevral inqilabının ardından həbs olundu. Alapayevsk yaxınlığındakı bir mədən quyusuna atıldı və quyuda ikən dini moizə oxuduğu əsnada üzərinə əl qumbaraları atılaraq öldürüldü. Hadisə şahidlərinin dediklərinə görə, qumbaralar partladıqdan sonra belə quyudan moizə səsi gəlirdi.

1981-ci ildə Rusiya Pravoslav Kilsəsi və 1992-ci ildə Moskva Patriarxlığı tərəfindən şəhid elan olundu.

Mənbə

Paleologue, Maurice. An Ambassador's Memoirs, 1922 Grand Duchess Marie of Russia. Education of a Princess, 1931 Queen Marie of Romania. The Story of My Life, 1934 Almedingen, E.M. An Unbroken Unity, 1964 Duff, David. Hessian Tapestry, 1967 Millar, Lubov, Grand Duchess Elizabeth of Russia, US edition, Redding, California., 1991, Mager, Hugo. Elizabeth, Grand Duchess of Russia, 1998, Zeepvat, Charlotte. Romanov Autumn, 2000, Belyakova, Zoia. The Romanovs: the Way It Was, 2000, Warwick, Christopher Ella: Princess, Saint and Martyr, 2007, Croft, Christina Most Beautiful Princess — A Novel Based on the Life of Grand Duchess Elizabeth of Russia, 2008,

İstinadlar Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiya imperiyası həkimləri Kateqoriya:Öldürülmüş Romanovlar Kateqoriya:XX əsr həkimləri Kateqoriya:Almanlar Kateqoriya:Sovet İttifaqında Qırmızı Terrorun qurbanları Kateqoriya:Şəhidlər