Səbinə Qədir qızı Salmanova () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı.

Həyatı Səbinə Qədir qızı Salmanova 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbi başa vurduqdan sonra Bakı Dövlət Universitetində təhsil almış, buranı fərqlənmə diplomu ilə bitirmişdir.

Səbinə Salmanova 2000-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində çalışmış, burada idarə rəisi, baş ədliyyə müşaviri kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.

2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Hesablayıcı komissiyasının, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının tərkibinə daxil edilib və Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları