Moon () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. Mahnı Minni tərəfindən bəstələnmiş, sözləri qrupun lideri Soyon tərəfindən yazılmışdır. 11 yanvar 2021-ci ildə "I Burn" albomunun üçüncü treki kimi buraxılmışdır.
Buraxılması "(G)I-dle" verdiyi bir müsahibədə "Moon" mahnısı hisləri gizlətmək mövzusuna toxunduğunu bildirmişdir. Mahnını bəstələmi Minni mahnının insanların başqalarına göstərə bilmədiyi səmimi hisləri ehtiva etdiyini açıqlamışdır: "Mən şəxsən bunu çox sevirəm". Minni mahnını bəstələyərkən Aydan ilhamlanmışdır: "Ay o qədər parlaq olur ki, mən öz əksimi görürəm, özümü kədərli hiss etdiyim üçün öz hislərimi və qorxularımı gizlədirəm". O, mahnının sözlərinin Soyon tərəfindən yazılmasını bəyənmişdir.
Musiqi və sözlər "Moon" pop janrında olan mahnıdır. Mahnı Ayın parlaq olduğu gecədə qaranlığın uzaqlaşdığı və səmimi hislərin üzə çıxdığı vəziyyəti təsvir edir. Mahnının davametmə müddəti üç dəqiqə 20 saniyədir.
Qəbul "Melon Magazine" mahnını "unikal xəyalpərəstlik" kimi təsvir etmişdir. "The Kraze" jurnalı mahnını Minninin imza mahnısı adlandırmışdır. Hit-parad (2021) Ən yüksəkyer Cənubi Koreya (Gaon Digital) 102 Cənubi Koreya (K-pop Hot 100) 72
İstinadlar
Kateqoriya:I-dle mahnıları