Endi Robin (; ) — Amerikalı kompüter proqramçısı, sahibkar və vençur kapitalisti. Rubin 2003-cü ildə, daha sonra 2005-ci ildə Google tərəfindən satın alınmış Android-i təsis edib. Rubin doqquz il Google-un vitse-prezidenti vəzifəsində çalışıb və işlədiyi müddətdə Google-un mobil telefonlar və digər cihazlar üçün Android əməliyyat sisteminin yaradılması və təşviqi üzrə səylərinə rəhbərlik edib. 2014-cü ildə cinsi pozğunluq iddialarından sonra Google-dan ayrılıb ancaq bu, ilk başlarda işdən çıxarılma deyil, könüllü istefa kimi təqdim edilib. Rubin daha sonra 2015-ci ildən 2019-cu ilədək Playground Global vençur kapitalı firmasının həmtəsisçisi və baş direktoru vəzifəsində çalışıb. Rubin həmçinin 2015-ci ildə Essential Products-ın, 2020-ci ildə alıcı tapmadan bağlanan mobil telefon startapına kömək edib.
1989-cu ildə robotlara olan sevgisinə görə Apple-dakı həmkarları tərəfindən Rubinə "Android" ləqəbi verilib və bu ləqəb sonda Android əməliyyat sisteminin rəsmi adı olub. Android-dən əvvəl Rubin 1999-cu ildə Danger Inc.-in yaradılmasına da kömək edib. Rubin 2003-cü ildə Android-də işləmək üçün Danger-dan ayrılıb.
2018-ci ildə The New York Times, Rubinin 2014-cü ildə Google-dan getməsinin təfərrüatlarını açıqlayan məqalə dərc edib. Məqalədə qadın işçilərə cinsi təcavüz etdiyinə dair etibarlı iddialara görə könüllü deyil, məcbur edildiyini və Google-un Rubinə prosesi sürətləndirmək üçün 90 milyon dollarlıq işdən çıxma paketi ödədiyi açıqlanıb. Google-un bu miqdarda paket ödəməsi böyük mübahisələrə səbəb olub.
İstinadlar
Xarici keçidlər
"Designing Products Your Customers Will Love" , Andy Rubin speaks at Stanford University "Android on the March", Financial Post September 17, 2010 "Android Invasion", Newsweek October 3, 2010
Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:ABŞ proqramçıları Kateqoriya:Android