Coders — Rəqəmsal texnologiyalar sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərən Azərbaycan brendi.

Tarixi 2015-ci ildə gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsinə olan marağını artırmaq, onları bu sahəyə cəlb etmək üçün bu sahəyə maraq göstərən gənclərdən ibarət tələbə klubu kimi formalaşan Coders Azerbaijan, 2016-cı ildə İKT sektorunda veb proqramlaşdırma mütəxəssislərinə olan tələbatı nəzərə alaraq, bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə fokuslanan startap kimi Bakı Mühəndislik Universitetinin Texnoparkında rezindetlik əldə edir. 2017-ci ildə yeni mərkəzini açan Coders Azerbaijan, xidmət və tədris proqramlarını genişləndirərək fəaliyyətini inkişaf etdirmişdir.

2022-ci ildə Coders Harvard Universiteti və Yel Universitetində tədris olunan kompüter elmləri üzrə kampus əsaslı onlayn giriş kursu CS50-nin Azərbaycanda rəsmi tədris hüququnu alıb.

2024-cü ilin sentyabrında Coders kiber təhlükəsizlik sahəsi üzrə EC-Council tərəfindən akkreditə olunmuşdur.

Coders Caravan

İstinadlar