Pahera — () Malvaceae fəsiləsinin Bombaksoideae yarımfəsiləsinə aid ağac cinsidi. Cənubi və Mərkəzi Amerikada, Hindistanda və Afrikada bitir. Ən yaxın qohumları Afrika baobabı və duriandır.
Bu cins 45-dən çox növü əhatə edir, bəzi növlərinin isə yeyilə bilən meyvələri var. Paxiranın meyvəsi oval formalı, ağaclaşmış bir giləmeyvədir və bir neçə hissəyə bölünərək çoxsaylı toxumları əhatə edir.
Paxiranın toxumları yastıqların doldurulması üçün istifadə olunur. Ağacı isə bəzən balıqçılıq ləvazimatlarının hazırlanmasında tətbiq edilir.
Tarixi Pahira adı ilk dəfə 1775-ci ildə fransız təbiətşünası Jan Batist Oble tərəfindən bu cinsə verilmişdir. Lakin 1782-ci ildə Karl Linney (kiçik) bu bitki cinsini Baden şahzadəsi (və ya markiz) Sofiya Karolinanın şərəfinə Carolinea adlandırmışdır. Prioritet prinsipinə əsasən, bu cins üçün Pachira adı rəsmən qəbul edilmişdir.
İstinadlar
Kateqoriya:1775-ci ildə təsvir edilən bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Jan Batist Kristian Able tərəfindən adlandırılmış taksonlar