Müsavat ( — bərabərlik; 1917-ci ildən Türk Ədəmi-Mərkəziyyət Müsavat Firqəsi, 1927-ci ildən Azərbaycan Türk Fedaralist Müsavat Xalq Firqəsi, 1936-cı ildən Milli Azərbaycan Müsavat Xalq Firqəsi) — XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Partiyanın əsası 1911-ci ildə Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulub. Partiya 1918–1920-ci illərdə Azərbaycanda baş verən əsas siyasi proseslərdə iştirak edib. Onun funksionerləri və üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında önəmli rol oynayıblar.
Partiyanın ilk fəaliyyət dövrü Birinci Dünya müharibəsi illərinə düşür. Onun üzvləri gizli şəkildə müsəlmanların və bütün türk dünyasının rifahı üçün fəaliyyət göstərirdilər.Willem van Schendel and Erik Jan Zürcher. Identity Politics in Central Asia and the Muslim World, I.B.Tauris, 2001, ISBN 1-86064-261-6Michael G. Smith. «Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917—1920», Journal of Contemporary History, Vol. 36, Issue 2, April 2001: 216—218
Aprel işğalından sonra Müsavat Partiyası Türkiyə, İran, Fransa, Almaniya və Polşada məskunlaşan müsavatçıları və digər Azərbaycan mühacirlərini vahid təşkilat ətrafında birləşdirməyə nail olmuşdu. Müsavat Partiyasının Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi Azərbaycan mühacirlərinin bolşevizmə qarşı mütəşəkkil mübarizəsini təmin etmiş, ölkə daxilində fəaliyyət göstərən müsavatçılarla əlaqələr yaradaraq, onların sovet hakimiyyəti əleyhinə mübarizəsini istiqamətləndirmişdi. Partiya, eyni zamanda, bolşevizmə qarşı mübarizə aparan xalqların mühacirətdəki nümayəndələri ilə birlikdə antisovet təşkilatların yaradılmasına çalışmış və bu təşkilatların işində fəal iştirak edib.
Tarixi Yaradılması 250px|thumb|right|Müsavat Partiyasının qurucuları Məhəmməd Əli Rəsulzadə (sağda) və Abbasqulu Kazımzadə (solda) Hacı Səlim Axundzadə ilə Müsavat Partiyası 1911-ci ildə Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev tərəfindən yaradılıb. Partiyanı yaradanlar Hümmət Partiyasının keçmiş üzvüləri idi. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat partiyası gizli olaraq fəaliyyət göstərib. Partiya üzvlərinə "partiyanın mövcudluğunu ciddi şəkildə gizli saxlamaq və hələlik üzvlərinin sayını artırmaqla məhdudlaşmaq, gələcək mübarizəyə hazırlaşmaq və güc toplamaq" tapşırılıb. "Açıq söz" vasitəsilə Birinci Dünya müharibəsi illərində Müsavat partiyasının rəhbərləri müsəlmanları Osmanlı imperiyası ilə müharibəni "zəfərlə sona çatdırmağa" çağırırdılar. Свет и тени партии "Мусават"] Lakin bununla yanaşı partiyanın lideri M. Ə. Rəsulzadə eyni zamanda türk kimliyini müdafiə edirdi ("Bizim dilimiz türk, milliyyətcə türkük"), lakin bu pantürkizm rus əsaslı idi və İsmayıl Qaspıralının islam modernizmindən qaynaqlanırdı.Мамин Эмин Расулзаде . C.19 Türklər Anadolu türkləri, azərbaycanlılar, qazaxlar və özbəklər daxil olmaqla vahid bir millət kimi başa düşülürdü. Bundan başqa, Azərbaycan türkləri dedikdə şirvanlılar, bakılılar, gəncəlilər, irəvanlılar, borçalılar və İranın şimal-qərbində yaşayanlar başa düşülürdü. Fevral inqilabından əvvəl Müsavat mədəni və milli muxtariyyət idealları ilə məhdudlaşaraq müstəqil türk dövlətinin yaradılmasını tələb etmirdi.
Müsavatın üç əsas prinsipi var idi. Bu prinsplər türkçülük (dil), islamçılıq (din) və avropaçılıq (müasirlik, tərəqqi, zaman) idi. Hər üç prinsip üz rəngli milli Azərbaycan bayrağında (mavi, yaşıl və qırmızı) öz əksini tapıb.
İlk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışırdı. 350px|thumb|left|Müsəlman Demokrat Partiyasının üzvləri Müsavatın Cənubi Qafqazda populyarlığı onunla izah olunur ki, onun nizamnaməsində Qurana, İslam dininə və millətinə beyət edən hər kəs bu partiyaya üzv ola bilər yazılmışdı. Amma şiə mollaları baxımından Müsavat anti-islamçı, sosialist və millətçi bir partiya idi.
Fevral inqilabından sonra Azərbaycanda yeni şəraitdə hakim mövqe tutan partiya Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsini tələb etməklə yanaşı, "Rusiya Demokratik Respublikası"nın yaradılmasının tərəfdarı idi. 1917-ci il iyunun 17-də Müsavat Türk Federalist Partiyası ilə birləşdi. Partiya "Türkiyə Demokratik Federalist-Müsavatçılar Partiyası" adlandırılmağa başladı. Bu partiyanın proqramında artıq demokratik Rusiya daxilində milli-ərazi muxtariyyəti tələbi var idi. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək şəhərdə yerləşib.
Müsavat Azərbaycan millətinin daxilində sinfi sülhü təbliğ edirdi. Müsavat partiyasını iri burjuaziya və mülkədarlarla yanaşı, xırda burjuaziya, millətçi ziyalılar, eləcə də kəndlilərin bir hissəsi dəstəkləyirdi. Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət idi və o, islami xarakter daşıyırdı. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirildi. 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat partiyasının rəsmi orqanına çevrildi.
Qurultayları Birinci qurultay thumb|300px|Müsavat Partiyasının I qurultayının iştirakçıları|right 1917-ci il oktyabrın 26–31-də Bakıda "İsmailiyyə" binasında Müsavat partiyasının ilk qurultayı baş tutdu. Qurultayda partiyanın ilk Mərkəzi komitəsinə üzvlər seçildi. Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Musa bəy Rəfiyev, Mustafa bəy Vəkilov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Mirzə Məhəmməd Axundzadə Mərkjəzi komitənin üzvləri oldu. Birləşmiş partiyanın birinci qurultayında aşağıdakı tələbləri özündə əks etdirən yeni proqram qəbul olundu: Rusiyanın siyasi sistemi federativ demokratik respublika formasında, milli-ərazi muxtariyyəti əsasında olmalıdır; Söz, vicdan, mətbuat, birliklər, yığıncaqlar, tətillər konstitusiya ilə təsdiq edilməli və dövlət tərəfindən təmin edilməlidir; Bütün vətəndaşlar dinindən, milliyyətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Pasport sistemi ləğv edilir. Hər kəsə həm öz ölkəsi daxilində səyahət etmək, həm də heç bir xüsusi icazə olmadan əyalətdən kənara çıxmaq hüququ verilir; Bütün işçilər və fəhlələr üçün səkkiz saatlıq iş günü müəyyən edilir. Bütün dövlət, təsərrüfat, zadəgan və xüsusi mülkiyyətdə olan torpaqlar kəndlilərə pulsuz və təmənnasız paylanır. Məhkəmələr yalnız qanunlara tabedirlər və bundan sonra səlahiyyətli məhkəmə orqanlarının qərarları təsdiq edilənədək heç bir vətəndaş cəzalandırılmır; Universal, pulsuz və icbari ibtidai və ali təhsil olmalıdır.Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.1, saxlanma vahidi 56, vərəq 5
Ümumilikdə proqram 76 bənddən ibarət idi və torpaq, əmək, milli, dini və digər məsələlərlə bağlı müddəaları ehtiva edirdi.Институт истории им. А. Бакиханова. История Азербайджана с древнейших времён до начала 20 века / Играр Алиев. — Баку: ЭЛМ, 1995
Qurultayda Məhəmməd Əmin Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi. Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında o, cümlədən Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və İstanbulda təşkil edilmişdi.
Müsəlman Demokrat Partiyası 125 deputatlıq Zaqafqaziya Seymində 30 deputatla təmsil olunub.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.
İkinci qurultay 250px|thumb|left|Müsavat Partiyasının II qurultayının seçdiyi Rəyasət Heyəti 1919-cu ilin dekabrında Bakı şəhərində Müsavat partiyasının II qurultayı keçirildi. Qurultay dekabrın 2-dən 12-dək müddətdə davam etdi. Cümhuriyyətin bütün bölgələrindən qurultaya 140 nümayəndə gəlmişdi. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açdı və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçildi. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin Rəsulzadə və Əbdülvahab Məmmədzadə üzv oldular. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti seçilmişdir. Rəyasət Heyətinə Məhəmməd Əmin Rəsulzadə sədr kimi, Şəfi bəy Rüstəmbəyli, Məşədi Əli Rəfiyev, Əbdül Qasım Rüstəmzadə, İbrahim Yusif sədarət kimi seçilmişdisə, İslam bəy Qəbulzadə, Mirzə Məhəmməd Axundzadə, Cavad Axundzadə, Mövsümzadə katiblik üzvü olmuşdular.
İkinci qurultayda Qafqaz konfederasiyası, Denikin təhlükəsi, Dağıstan məsələsi haqda qərarlar qəbul edilib. Partiya Proqramı yenilənib, 67 maddəlik iki hissəlik yeni proqram qəbul edilib. Proqramın birinci hissəsi, Nəzəriyyə və uzaq məqsəd, ikinci hissəsi isə Əməliyyə və yaxın məqsəd adlanırdı. Proqramın birinci hissəsində Azərbaycan İstiqlalını qorumaq əsas məqasəd kimi qoyulmuşdusa, ikinci hissədə iqtisad və maliyyə işləri, torpaq, işçi, ədliyyə, ruhani idarəsi, maarif kimi məsələlər əksini tapmışdır.
İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsəlman Demokrat Partiyasının sədri seçilib.
Partiyanın II qurultayında partiyanın bayrağın rəngi haqda qərar da qəbul edilib. Bayrağın rəngi mavi olaraq müəyyən edilib. Mavi bayraq bir zamanlar Hülakilər dövləti zamanı rəsmi simvol olub. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.
Siyasi fəaliyyəti və ADR dövründə 230px|thumb|right|Cənubi Qafqaz seçki dairəsi üzrə siyahının 10-cu bülleteni - Müsəlman Milli Komitələri və Türk Demokratik Federalist Müsavat Partiyası. Namizədlərin adları Azərbaycan dilində sağda, rus dilində solda yazılıb 1917-ci ildə Fevral inqilabından sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirmək haqda qərar verdi. Ümum-Rusiya Müəssislər Məclisinə seçkilərdə Müsavat partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Burada seçkilərdə 15 siyahı mübarizə aparırdı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası o cümlədən "Müsavat" iştirak edirdi. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat"a qarşı vahid cəbhədə çıxış etdilər. Seçkilərdən az sonra gürcü menşevikləri açıq şəkildə millətçilik yolunu tutdular.
Cənubi Qafqaz seçki dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında "Müsavat" partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i "Müsavat"ın payına düşürdü. Seçki siyahısında 10-cu yerdə olan Müsavat Partiyası ümumilikdə 615,816 nəfərdən səs alaraq ümumi səsvermədə münşeviklərdən sonra 25.08 %-lə ikinci yerdə qərarlaşmışdı.