Giorgi Pirpasopulos (; ) — Yunanıstan aktyoru, rejissoru və aparıcısı.

Həyatı Giorgi Pirpasopulos 14 iyul 1974-cü ildə Avstraliyanın Adelaida şəhərində anadan olmuş və iki yaşında Yunanıstana köçmüşdür. Afinada və Londonda Kral Dramatik İncəsənət Akademiyasında aktyorluq təhsili almışdır. O, televiziyada yeniyetmə yaşlarından fəaliyyət göstərməyə başlamış və o vaxtdan bəri televiziya, kino və teatrda bir çox çıxışlar etmişdir. O, Yunanıstan Kino Akademiyasının qurucu üzvlərindən biridir, 2012-ci ildə isə Yunanıstan Aktyorlar Assosiasiyasının prezidenti olmuşdur.

İstinadlar

Kateqoriya:Yunanıstan aktyorları Kateqoriya:Yunanıstan kinorejissorları