Martin Tovmasyan (; ; ) — SSRİ-Ermənistan memarı, professor, Ermənistanın əməkdar memarı (2007).

Həyatı 1925-ci ildə İrəvanda anadan olub. 1929-cu ildə atasının işi ilə əlaqədar ailə Tiflisə köçür. 1942-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Tərxis olunduqdan sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə daxil olub. Təhsilini tamamladıqdan sonra "Bakproekt" və "Azpromproekt" institutlarında işləyib. 1953-cü ildə Moskva Memarlıq İnstitutunun Memarlıq Təkmilləşdirmə Fakültəsinə daxil olmuşdur. "Pİ Bakqiproqor"da baş planın memarlıq-planlaşdırma emalatxanasının rəisi vəzifəsində çalışmışdır.

1969-cu ildə İrəvana köçüb. O, "Pİ Yerevanproekt"də memarlıq-planlaşdırma emalatxanasının rəisi, sonra isə şəhərsalma üzrə direktor müavini işləyib. 1970-ci ildən ErPİ-nin (indiki İrəvan Dövlət Memarlıq və İnşaat Universiteti) memarlıq və şəhərsalma kafedrasında dərs demişdir.

Əsərləri Azərbaycanda Axundov meydanındakı yaşayış binası, 1948–51-ci illər. Nizami küçəsindəki 100 mənzilli yaşayış binası. (həmmüəllif A. Axpatelov), 1949–50. Primorski bulvarındakı idman pavilyonu, 1950-ci il Naxçıvan İncəsənət Muzeyi, 1952 Balaxanıda ipək toxuculuq zavodu, 1956 Kirovabadda avtovağzal (S.Kuznetsovanın iştirakı ilə), 1958-ci il Bakıda avtovağzal (Z.Quliyevanın iştirakı ilə), 1959-cu il 26 Bakı Komissarı metrostansiyası (indiki Sahil), (həmmüəllif A. Surkin), 1962–64. Bakıda Lenin meydanının inkişafı üzrə qapalı müsabiqə, 1-ci yer, 1960–61. (həmmüəlliflər A. Buzov, A. Aqaronov, A. Güləhmədov, V. Şulqin) Bakıda 2500 yerlik Yaşıl Teatr (həmmüəllif A.Surkin), 1963, 1967-ci ildə memarlıq sahəsində ən yaxşı işə görə SSRİ Arxitektorlar İttifaqının dilomu ilə təltif edilmişdir. Neft Daşlarında yaşayış və mehmanxana şəhərciyi (həmmüəllif B. Qinzburq), 1963 Bakının baş planının texniki-iqtisadi əsaslandırması (Q.Ələsgərov, V.İvanov, T.Şarinski ilə birlikdə), 1964–69, təsdiq edilmişdir. Bakı Dəniz Vağzalı (həmmüəlliflər A. Val, V. Şulqin), 1964-71. Dübəndi qəsəbəsinin 250 min nəfərlik baş planı (həmmüəlliflər A.Gendler, N.Şakova, P.Yarinovski), 1965-ci il, təsdiq edilmişdir. Mingəçevirdə Leninin abidəsi (həmmüəllif Ş.Zeynalova, heykəltəraş A.Mustafayev), 1965 4-cü mikrorayonun inkişafı (həmmüəllif İ. Orlova-Stroqanova), 1965–67. Sumqayıt mərkəzinin inkişafı üzrə Ümumittifaq qapalı müsabiqəsi, 1-ci yer (həmmüəlliflər R.Torosyan, A.Surkin, B.Metsakanyan), 1967 5-ci mikrorayonun inkişafı, 1967–69.

Ədəbiyyat Архитектура Советской Армении / Architecture of the Soviet Armenia / А. Г. Григорян, М. Л. Товмасян. — Москва, Стройиздат, 1986. Архитектура Советского Азербайджана / Architecture of the Soviet Azerbaijan / Р. М. Эфендизаде. — Москва, Стройиздат, 1986. Градостроительство СССР / Шквариков В.А., Колли Н.Я., Лавров В.А. и др. — Москва, Стройиздат, 1967, 2726 с. Kateqoriya:SSRİ memarları Kateqoriya:XX əsr memarları