right|thumb|237px|Adaçi məbədində çikaraişilər. right|thumb|237px|Yanaqimori məbədinə çikaraişilər. – Yaponiyada fiziki gücü nümayiş etdirmək üçün istifadə olunan ağır daşlar. Termin ağır daşları qaldırmaq praktikasını da bildirir.

Tarixi Kemari, sumo və dakyu kimi ənənəvi yapon idman növlərindən fərqli olaraq çikaraişi haqqında qeydlər azdır. Çikaraişilərin üzərindəki yazılar bu daşlar haqqında əsas yazılı mənbədir. Ən qədim belə yazı Tokionun Şinobu məbədində tapılmışdır və 1664-cü ilə aiddir. 1705-ci ilə aid olan ikinci ən qədim yazı Saytama prefekturasında yerləşən bir məbəddəki qayanın üzərisindədir. Avaci adasında 500-dən çox çikaraişi qeydə alınmışdır, lakin onlardan ancaq birinin üzərində il (1928) qeyd olunmuşdur. Çikaraişi daşları əsasən şinto məbədlərində yerləşir.

Çikaraişi daşlarının mənşəyi barədə bir neçə fikir var. Yapon işçilər daşıdıqları düyü kisələri və ya gəmi karqoları ilə güclərini nümayiş etdirirdilər. XVII əsrdə düyü kisələrini ağır daşlar əvəz etmiş və Edo şəhərində çikaraişi yarışları keçirilməyə başlanmışdır. XIX əsrin əvvəlində çikaraişi idmanı öz populyarlığının pik nöqtəsinə çatmışdır.

Yarışlar Çikaraişi yarışları üçün daşlar hamar, düz, oval formaya salınırdı, amma təbii daşlardan da istifadə olunurdu. Çikaraişilərin çoxunda yazı olmasa da, məbədlərdə olan daşlar yazılar ola bilirdi. Yazılar daşın ağırlığı, adı, tarixi, yeri və onu qaldıran şəxsin adı haqqında məlumat verirdi. Yarışların formatı regiondan və dövrdən asılı olaraq dəyişirdi. Əsas müsabiqə formatları işizaşi, işikatsuqi, işihakobi, aşiuke və işiokoşi idi.

formatında iştirakçı hər iki əli ilə təxminən 70 kiloqramlıq daşı əvvəlcə yerdən qarnına, daha sonra sinəsinə, ən sonda başının üzərisinə qaldırmalı idi. daha qarışıq format idi. İştirakçı kəndirin köməyi ilə 70–210 kiloqram ağırlığında daşı əvvəlcə belinə götürürdü, daha sonra sinəsinə alıb kəndiri buraxırdı və daşı bir çiyninə götürürdü. Bundan sonra daşı işimavaşi adlı hərəkətlə boynunun arxasından keçirib o biri çiyni ilə qaldırırdı.

ağır daş daşımaq yarışı idi. Ağır daşı ən uzaq məsafəyə apara bilən qalib olurdu. formatında 245 kiloqramlıq daşdan istifadə olunurdu. İştirakçı beli üstə uzanaraq ayaqlarını qaldırırdı və köməkçilər daşı ayaqlarının altına qoyurdular. Yerdən qaldırılması ən çətin daşlar üçün tətbiq olunurdu. Məqsəd daşı bir tərəfindən qaldırıb daşın bir ucda dayanmasını təmin etmək idi.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyada idman Kateqoriya:Daş Kateqoriya:Edo dövrü