Alovlu nərdivan və ya Komanda 49: Alovlu nərdivan () — rejissor Cey Rasselin yanğınsöndürən Cek Morisson və 49-cu yanğınsöndürmə komandası haqqında çəkdiyi filmdir.

Süjet xətti

Filmin baş qəhrəmanı olan Cek Morrison (Xoakin Feniks) Baltimordan olan yanğınsöndürəndir və o filmin əvvəlində komandası ilə bərabər bir yanğın yerinə gəlir. Burada böyük bir sənaye binası yanır. Cek yanğından bir neçə nəfəri xilas etməyə müvəffəq olur, bundan sonra onun özü tələyə düşür: yanğın nəticəsində döşəmə çökür və onun çıxışla əlaqəsi kəsilir. Kapitan Mayk Kennedinin (Con Travolta) başçılıq etdiyi komandası ona çatmağa çalışarkən, Cek həyatının ən parlaq anlarını xatırlamağa başlayır: Baltimor yanğınsöndürmə idarəsinə qoşulması, ilk yanğının söndürülməsi, gözəl bir qız olan Linda ilə birinci görüşü, toyları, uşaqlarının doğulması və s.Sonda Cek qonşu otağa girməyə nail olur, lakin komandanın qalan hissəsindən keçilməz od divarı ilə ayrı düşür. Artıq hər bir şey üçün gec olduğunu başa düşən Cek kapitandan çox gec olmadan komandanı geri çağırmasını xahiş edir. Mayk Cekin bu istəyini ürək ağrısı ilə yerinə yetirir.Filmin final mərhələsində Mayk Cekin dəfn mərasimində möhtəşəm bir çıxış nitqi söyləyir və burada onu qəhrəman adlandırır. Bundan sonra içərisindəki cənazə ilə birlikdə Cekin tabutu şəhərin küçələrində şərəflə daşınır.

Rollarda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dram filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:2004-cü ilin ABŞ filmləri Kateqoriya:Touchstone Pictures filmləri Kateqoriya:2004-cü ilin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin triller dram filmləri