Uğursuz dövlət — fundamental təhlükəsizlik və inkişaf funksiyalarını yerinə yetirmək qabiliyyətini itirmiş, ərazisi və sərhədləri üzərində effektiv nəzarəti olmayan dövlət. Uğursuz dövlətin ümumi xüsusiyyətlərinə vergi toplamaq, hüquq-mühafizə, təhlükəsizlik təminatı, ərazi nəzarəti, siyasi və ya mülki idarə heyəti və infrastrukturun saxlanması iqtidarında olmayan hökumət daxildir. Bu baş verdiyi halda genişmiqyaslı korrupsiya və cinayətkarlığın, dövlət və qeyri-dövlət subyektlərinin müdaxiləsi, məcburi köçkünlərin meydana çıxması və əhalinin qeyri-ixtiyari yerdəyişməsi, kəskin iqtisadi tənəzzül, həm dövlət daxilində, həm də xaricdən hərbi müdaxilənin gerçəkləşmə ehtimalı daha yüksəkdir.

Dövlətlərin idarəetmə səviyyəsini təsvir etmək üçün müxtəlif ölçülər hazırlanmışdır. Bir dövləti uğursuz hesab etmək üçün lazım olan hökumət nəzarətinin xüsusi səviyyəsi ilə bağlı səlahiyyətlilər arasında əhəmiyyətli fərq var.

İstinadlar

Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Siyasi neologizmlər Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:İnsan hüquqları Kateqoriya:Siyasi coğrafiya Kateqoriya:Beynəlxalq münasibətlər nəzəriyyəsi Kateqoriya:Politologiya terminologiyası