Xolmili — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh. Lənkəran-Astara şose və dəmiryolunda, Xəzər dənizi sahilində, rayon mərkəzindən 13 km cənubda yerləşir.
Əhalisi Əhalisi 2411 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Toponimiyası Oykonim xol (çay qolu, çayın qurumuş qolu) və Milli (etnotoponim) komponentlərindən düzəlib, "çay qolu sahilindəki Milli kəndi" mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.
Tarixi 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şıxakəran kəndi Xolmili kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şıxakəran kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri