33 () — rejissor Patrisiya Riqqenin çəkdiyi Çili və Kolumbiyanın müştərək istehsalı olan filmdir. Filmin süjet xətti Çilidə San-Xose mədənində baş verən fəlakət zamanı, 33 şaxtaçının iki ay (69 gün) müddətində qapalı bir yerdə qaldıqları hadisələrə əsaslanır.
Süjet xətti
San Xose mədəninin sahibi mədəndəki mövcud vəziyyətin pisləşməsi ilə bağlı ona dəfələrlə edilmiş olan xəbərdarlıqlara məhəl qoymur və bir müddət sonra mədən çökür. Mədənin yeganə çıxış yolu bağlanır, lakin 33 mədənçi xilasetmə otağına çatmağa nail olurlar. Mədənçilər otaqda olarkən aşkar edirlər ki, otaqda olan ratsiya işləmir və yemək də çox azdır. Mario Sepulveda mədənçilər arasında liderliyi ələ alır və yeməklərin paylanması və asayişin təmini üçün məsuliyyəti öz üzərinə götürür.
Reytinq
Film tənqidçilərdən qarışıq rəylər almışdır. Film Rotten Tomatoes saytında almış olduğu 155 rəy əsasında 48% reytinqə malik olmuş və orta hesabla 10 baldan 5,5 bal qazanmışdır. Film Metacritic saytında 100 baldan 55 bal almışdır.
İstinadlar
Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Fəlakət filmləri Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Çili filmləri Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Alcon Entertainment filmləri Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:2015-ci ilin dram filmləri Kateqoriya:Kolumbiyada çəkilmiş filmlər Kateqoriya:İspanca filmlər