Biznes dəyəri və ya şirkət dəyəri () — bir şirkətin maliyyə, bazar və əməliyyat aspektləri daxil olmaqla ümumi dəyərini əks etdirən göstəricidir.Almquist, E., Senior, J. and Bloch, N., 2016. The elements of value. Harvard business review, 94(9), p.13.
Əsas faktorlar Biznes dəyəri müəyyənləşərkən aşağıdakı əsas faktorlar nəzərə alınır:Almquist, E., Cleghorn, J. and Sherer, L., 2018. The B2B elements of value. Harvard Business Review, 96(3), p.18.
Gəlirlər və mənfəət — şirkətin gəlir axınları və xalis mənfəəti. Aktivlər və borclar — şirkətin malik olduğu fiziki və maliyyə aktivləri, eləcə də borcları. Bazar payı və rəqabət mövqeyi — şirkətin bazarda tutduğu yer və rəqabət üstünlüyü. Müştəri bazası və brend dəyəri — şirkətin müştəri bazası, brendin tanınmışlığı və reputasiyası. Əməkdaşlıq və tərəfdaşlıq əlaqələri — biznesin digər şirkətlərlə yaratdığı strateji tərəfdaşlıqlar və əməkdaşlıqlar. Bazar şərtləri və makroiqtisadi vəziyyət — ümumi iqtisadi şərait, bazarın vəziyyəti və sahə üzrə trendlər.
Biznes dəyərinin hesablanması müxtəlif metodlarla həyata keçirilir. Məsələn, "Diskontlaşdırılmış pul axını" (DCF), "Multiplikator metodu", "Bazarın kapitalizasiyası" və s.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Maliyyə iqtisadiyyatı Kateqoriya:Biznes