– Yaponiya əsərlərində, əsasən anime və manqalarda istifadə olunan janr. Həyat dilimi janrının altjanrıdır.

Xüsusiyyətlər İyaşikey janrında personajlar sakit mühitlərdə sakit həyat tərzi keçirirlər və məqsəd izləyicinin üzərisində sağaldıcı effekt yaratmaqdır. "İyaşikey" sözü yapon dilində "sağaldıcı növ" və ya sadəcə "sağaltma" mənasına gəlir. İyaşikey anime və manqalarında personajlara və hekayəyə daha az diqqət, dünya quruculuğuna və vizual qurmaya isə daha çox diqqət ayrılır.

Tarixi İyaşikey 1970-ci illərin axırında ortaya çıxsa da, altjanr kimi 1995-ci ildə – Böyük Hanşin zəlzələsi və Tokio metrosunda zarin hücumu hadisələrindən sonra təşəkkül tapmışdır. Bu travmatik hadisələr və iqtisadi çətinliklər iyaşi trendinin ortaya çıxmasına səbəb olmuşdur. Yaponiya ictimaiyyətinin məruz qaldığı travmalar sakitliyin gəlirli və satıla bilən bir hiss kimi ortaya çıxmasına təkan vermişdir.

Nümunələr

Adachi and Shimamura Aria Azumanga Daioh Bartender Boku no Natsuyasumi seriyası Flying Witch Girls' Last Tour Hakumei and Mikochi The Helpful Fox Senko-san K-On! Kiyo in Kyoto Kuma Kuma Kuma Bear Laid-Back Camp Magical Emi, the Magic Star Mushishi Qonşum Totoro My Roommate Is a Cat Natsume's Book of Friends Non Non Biyori Super Cub Tamayura Wakakozake Yokohama Shopping Log

Qəbul "The Guardian" jurnalisti Patrik Lum "İyaşikeyin tərifi: niyə heç bir şeyin baş vermədiyi sakitləşdirici animeləri sevirik" adlı məqaləsində janr haqqında fikirlərini yazmışdır. O, bu janrda olan əsərlərin "darıxdırıcı" hesab olunsa və heç bir şey baş verməsə belə, sadəcə sakitləşdirici olduğu üçün rəğbət görə bildiyini qeyd etmişdir.

İstinadlar

Kateqoriya:Anime və manqa terminləri Kateqoriya:Anime və manqa janrları