İsmayıl Calallı (İsmayıl Calal oğlu Sadıqov; ) — İnformatika terminlərinin izahlı lüğətinin müəllifi, texnika üzrə fəlsəfə doktoru.
Həyatı 1962-ci il 24 may tarixində Vedi rayonunun Xalisa kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetində mexanika-riyaziyyat ixtisası üzrə ali təhsil alıb.https://ict.az/uploads/Informasiya_terminlerinin_izahli_lugeti.pdf
Azərbaycanda avtomatlaşdırma və proqramlaşdırma üzrə bir çox layihələrin rəhbəri olub. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətlə məşğul olub. “Statistik təhlillər əsasında Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi metodları və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə edib.
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ümumtəhsil məktəblərinin 1–11 sinifləri üçün "İnformatika" dərsliklərinin (2006–2025) əsas müəlliflərindəndir.https://www.trims.edu.az/noduploads/book/quot-informatika-quot-fanni-uzra-9-cu-sinif-ucun-metodik-vasait-1727182807-562.pdf
Kitablarıhttps://525.az/news/193174-ziyaliliq-numunesi-hikmet-ebdulhelimov-yazir Ziyalılıq nümunəsi — Hikmət Əbdülhəlimov yazır "Azərbaycan: Kim Kimdir…" kompakt-diski — Azərbaycanda ilk multimedia soraqçası (1998) Calallı İ., Kompüter. Bunu öyrənməyə nə var ki!.., Bakı, “Nurlar”, 2005, 2008, 2010. 384 səh. Mahmudzadə R., Sadıqov İ., İsayeva N., İnformatika. Ümumtəhsil məktəblərinin 1-11-ci sinifləri üçün dərslik komplekti. Bakı, “Bakınəşr”, 2006-2025. Calallı İ., Beynəlxalq İnformatika Olimpiadaları: 1989-2011. Bakı, “Bakınəşr”, 2012, 336 səh. Mahmudzadə R., Calallı İ., Əliyev A., Məktəblilərin İnformatika Olimpiadaları: 1989-2014. Bakı, “Bakınəşr”, 2015, 256 səh. Sadıqov İ., Mətnlərin mürəkkəbliyi və onun qiymətləndirilməsi yolları, 2012 (monoqrafiya), 72 səh. Calallı İ., İnformatika terminlərinin izahlı lüğəti (ingiliscə-rusca-türkcə-azərbaycanca). Bakı, “Bakınəşr”, 2017, 996 səh. "Mətnlərin mürəkkəbliyi və onun qiymətləndirilməsi yolları" monoqrafiya Mahmudzadə R., Calallı İ., C++ dilində proqramlaşdırmanın əsasları, Bakı, “Bakınəşr”, 2020, 384 səh. Mahmudzadə R., Calallı İ. İNFORMATİKA. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün əl kitabı, 1-ci hissə – “Bakı” nəşriyyatı, 2022, 328 səh. Mahmudzadə R., Calallı İ. İNFORMATİKA. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün əl kitabı, 2-ci hissə – “Bakı” nəşriyyatı, 2022, 340 səh. Calallı İ., Medvedyev M.. Proqramlaşdırma yarışlarına hazırlıq – Bakı: “Bakınəşr”, 2023, 512 səh.
Təltifləri 2008-ci ildə Rabitə ustası fəxri adına layiq görülüb.
2009-cu ildə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
İstinadlar