La Masia de Can Planes adətən La Masia olaraq qısaldılmış formada səslənir ( ) . FC Barcelona gənclər akademiyasını adlandırmaq üçün istifadə edilən termindir. La Masia həm də Barselonanın ilk olaraq Camp Nou yaxınlığında yerləşən futbol məşq mərkəzinin adıdır.
Tarix La Masia de Can Planes 1702-ci ildə tikilmiş köhnə Kataloniya fermasıdır. 1957-ci ildə Camp Nou-nun açılışından sonra bina yenilənmişdir və klubun ictimai qərargahı kimi xidmət etmək üçün genişləndirilmişdir. Klubun tədricən genişlənməsi ilə keçmiş ferma evi qərargah üçün çox kiçik olduğundan 20 oktyabr 1979-cu ildə La Masia Barselonadan kənarda olan gənc oyunçularu üçün yataqxanaya çevrilmişdir.
La Masia öz doğma oyunçularının uğuru sayəsində böyük şöhrət qazanmışdır. La Masia-nın istedad məktəbi kimi şöhrəti və uğurunu The Times -dan İan Hokki 1987-ci ildə Cesc Fabregas, Lionel Messi, Gerard Pique, Pedro və başqalarının daxil olduğu sinfə aid etmişdir.
1979-2009-cu illərdə akademiyada 440 gənc yaşayırdı. Onların təxminən yarısı Kataloniyadan, qalanları isə İspaniyanın digər bölgələrindən və ondan kənar ölkələrdən, o cümlədən 15-i Kamerundan, 7-si Braziliyadan, 5-i Seneqaldan və 3-ü Argentinadan gəlib. Bu 440 nəfərdən 40-ı Barselonanın əsas komandasına keçdişdir.
2010-cu ildə La Masia ilk gənclər akademiyası oldu ki, onun üç tələbəsi FIFA Qızıl top üçün səsvermədə birinci yeri tutdu: Andres İnyesta, Lionel Messi və Xavi .
30 iyun 2011-ci ildə La Masia de Can Planes binasında artıq akademiya oyunçuları yer almırdı. Mərasim zamanı qapılar bağlandı və Ciutat Esportiva Joan Gamper oyunçuların yaşayış mərkəzinin funksiyalarını öz üzərinə götürdü. Həmçinin bax
İstinadlar
Kateqoriya:Barselona FK