İlqar Akif oğlu Mahmudov () — Quba Rayon İcra Hakimiyyətinin başçısı (2023).

Həyatı 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 211 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2001–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər və 2007–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültələrində əlavə təhsil almışdır.

Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində başlamışdır. 1997–2003-cü illərdə nazir köməkçisi, 2003–2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru, 2016–2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi, 2018–2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini, 2019-cu ildən 2023-cü ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hüquq elmləri namizədidir.

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir iki övladı var.

İstinadlar

Kateqoriya:Quba Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakı Humanitar Kolleci