Əbu İshaq İbrahim ibn Ədhəm əl-İcli (; ) — erkən sufi zahidlərindən biri. Sünniliyin hənəfi məzhəbinə mənsub idi. Sufi ənənəsi İbrahimi saleh və təvazökar kimi təsvir edir. İbrahimin ən məşhur tələbəsi Şəqiq əl-Bəlxidir.
Həyatı Müsəlman ənənəsinə görə, İbrahimin ailəsi Kufədən idi, lakin o, Bəlxdə anadan olmuşdur. Əksər müsəlman tarixçiləri İbrahimin Cəfər Sadiqin qardaşı Abdullahın nəslindən olduğuna inanırlar. İbrahimin həyatı İbn Asakir və Buxari kimi orta əsr müəllifləri tərəfindən nəql edilmişdir.Abu Nu’aym, vii, 388
İbrahim Bəlx hökmdarının ailəsində anadan olmuş, lakin taxt-tacı tərk edərək zahid həyatını seçmişdir. Rəvayətə görə, Xızır ona taxtdan əl çəkməyi və zahid həyat tərzi keçirməyi məsləhət görmüşdür. 750-ci ildən sonra tez-tez Qəzzaya qədər cənuba doğru səyahət edərək yarımköçəri həyat sürməyə başlamışdır. İbrahim dilənçiliyi inkar etmiş və çörəkpulu qazanmaq üçün yorulmadan çalışmışdır. İbrahim Bizansla sərhəddə hərbi əməliyyatlarda iştirak etmişdir. Güman edilir ki, onun ölümü yürüşlərdən birində baş vermişdir.
İstinadlar
Kateqoriya:Asketlər Kateqoriya:Sufilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Hənəfilər Kateqoriya:İran ərəbləri Kateqoriya:Övliyalar Kateqoriya:Əfqanlar Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:Təbəi-tabiinlər