Nils Arestrup (; ) — fransız aktyoru, rejissor və ssenarist

Həyatı 8 fevral 1949-cu ildə Parisdə anadan olub. O, aktyorluq karyerasına teatrda başlayıb. "Ürəyimin döyüntüsü dayandı", "Peyğəmbər", "Orse bulvarı" filmlərindəki rollara görə Sezar mükafatına layiq görülüb. 2012-ci ildə on il birlikdə olduqdan sonra aktrisa, ssenarist və yazıçı İzabell Le Novellə ailə həyatı qurub. Elə həmin il onların bir oğlan və bir qız əkizləri dünyaya gəlib. 1 dekabr 2024-cü ildə 75 yaşında vəfat edib.

İstinadlar

Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:XXI əsr aktyorları