Bağlama — şahmatda, müdafiə edən fiqur, daha qiymətli fiquru itirməmək üçün, hücüm edən fiqurun zərbəsindən qaça bilmir. Bağlamanı top, fil və vəzir yarada bilirlər. Şahdan başqa bütün fiqurları bağlamaq olur.
Növləri Mütləq bağlama: Bağlanan fiqur heç cür gediş edə bilmir, çünki şahı zərbədən müdafiə edir.
Nisbi bağlama: Bağlanan fiqur gediş edə bilir, amma o daha dəyərli fiqurun qabağında durur. Yəni onu qaçırtsanız, daha dəyərli fiquru itirəcəksiniz.
Qismən bağlama: Bağlanan fiqur bir diaqonal və ya cərgə üzrə gediş edə bilir, xətta bağlamanı yaradan fiquru da vura bilir. Bu bağlama həm mütləq həm də nisbi ola bilər.
Kateqoriya:Şahmat taktikası