Nigar Şaban qızı Şabanova () — Azərbaycanın əməkdar artisti (27.05.2018).

Həyatı Nigar Şabanova 11 dekabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 111 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olmuşdur. Qəzənfər Abbasovun sinfində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Solo oxuma ixtisasında oxuyub.

2007-ci ildə "Xalq ulduzu" televiziya layihəsində iştirak edib.

2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam Televiziya Müsabiqəsi 2011"-də iştirak edib və 3-cü yerə layiq görülüb.

İlk xarici səfəri Fransaya olub. Sonradan İtaliya, Norveç, Argentina, Yunanıstan, İspaniya, Amerika, Türkiyə, Rusiyada böyük səhnələrdə çıxış edib. Fransada Kann festivalının səhnəsində sinfonik orkestrla çıxış edib.

2018-ci ildə Əməkdar artist adına layiq görülüb.

Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq Muğam Formunda iştirak edib və burada 1-ci yerə layiq görülüb.

İstinadlar

Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri