Nemey şiri — Yunan mifologiyasında fövqəladə gücə və qeyri-adi xüsusiyyətlərə malik, məğlubedilməz varlıq. Herakl tərəfindən öldürülmüşdür. Qızıl kürkü hücuma davamlı olduğundan onu ölümcül silahlarla öldürmək mümkün deyildi. Onun caynaqları düşmənlərinin qılınclarından kəskin idi və istənilən güclü zirehləri deşə bilirdi. Biblioteka əsərində Foti, onun qızıl almaları qoruyan əjdaha Ladonun qardaşı olduğunu yazırdı. İstinadlar

Kateqoriya:Arqolida mifologiyası Kateqoriya:Herakl mifləri Kateqoriya:Qədim yunan mifologiyasında mifik varlıqlar Kateqoriya:Mifoloji şirlər