Qafar Demirçi () — azərbaycanlı biznesmen, iş adamı.
Həyatı Qafar Demirçi 1986-cı ildə anadan olub. Orta təhsilini Bakı şəhərində Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə, Bakı Türk Anadolu Liseyində və Böyük Britaniyanın Kembric şəhərindəki "Impington College"də alıb. Daha sonra London Universitet Kollecində iqtisadiyyat üzrə təhsil alıb və 2007-ci ildə məzun olub.
Fəaliyyəti
Biznes fəaliyyəti 2017-ci ildən etibarən Qafar Demirçi "Ferrum Capital" şirkətinin həmtəsisçilərindən biri və əsas səhmdarı, 2025-ci ildən isə eyni zamanda Müşahidə Şurasının sədri vəzifəsini icra edir. 2018-ci ildən "City Finance" bank olmayan kredit təşkilatının həmtəsisçilərindən biri olub.
2019–2025-ci illərdə "AGA Group"da icraçı direktor vəzifəsində çalışıb.
2020-ci ildə Qafar Demirçi texnologiya və startap sahəsində fəaliyyət göstərən şəxslər və şirkətlər üçün iş və əməkdaşlıq məkanı olan "Lütfi Zadə Texnologiya Mərkəzi"ni təsis edib. 2022-ci ildə fəaliyyətə başlayan "Café Botanist"in həmtəsisçilərindən biridir.
İctimai fəaliyyəti Qafar Demirçinin sosial təşəbbüslərindən biri "Dəmir Təqaüd" proqramı olub. 2022–2024-cü illəri əhatə edən proqram çərçivəsində ali təhsil alan 101 qadına maliyyə dəstəyi göstərilib. Proqram əsasən STEM — elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri də daxil olmaqla qadınların ali təhsilinə dəstək məqsədi daşıyıb.
İdman fəaliyyəti Qafar Demirçi uzunməsafəli qaçış, triatlon, velosiped və dağçılıqla məşğul olur. Ümumilikdə 27 tam marafon tamamlayıb. Qafar Demirçi dünyanın yeddi qitəsinin hər birində marafon tamamlayıb və "7 Continents Marathon Club"un üzvləri sırasına daxil olub.
2013-cü ildə Qafar Demirçi atası Aydın Demirçi ilə birlikdə Antarktidada keçirilən "Antarctic Ice Marathon" yarışını tamamlayıb. Qafar Demirçi və Aydın Demirçi dünyanın yeddi qitəsinin hər birində marafon tamamlayan azsaylı azərbaycanlılar sırasındadırlar.
Qafar Demirçi tam məsafə "Ironman" və bir neçə "Ironman 70.3" yarışlarını tamamlayıb.. Bir sıra beynəlxalq uzun məsafəli velosiped yarışlarında iştirak edib.
Film fəaliyyəti Qafar Demirçi rejissor Hilal Baydarovun filmlərində prodüser kimi fəaliyyət göstərib. Qafar Demirçi "Quşlara xütbə" () filminin icraçı prodüseri olub. Film 2023-cü ildə 36-cı Tokio Beynəlxalq Film Festivalının müsabiqə proqramında dünya premyerasını edib.
Qafar Demirçi Hilal Baydarovun "Boşluğa xütbə" () filminin həmprodüseri və həmmaliyyələşdiricisi olub. Film 2025-ci ildə Venesiya Beynəlxalq Film Festivalının proqramında nümayiş olunub, daha sonra isə Tokio Beynəlxalq Film Festivalı çərçivəsində təqdim edilib.
Şəxsi həyatı Qafar Demirçi sahibkar və "AGA Group"un təsisçisi Aydın Demirçinin oğludur.
2022-ci ildə yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə qurub. İki övladı — bir oğlu və bir qızı var.
İstinadlar
Kateqoriya:London Universitet Kollecinin məzunları Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan triatlonçuları