Amvrosi Feodosi Makrobi (; ) — qədim Roma yazıçısı, filoloqu, neoplatonist filosofu.

Həyatı Makrobinin həyatı haqqında çox az etibarlı məlumat qorunub saxlanılmışdır. Ehtimal olunur ki, o, əslən Şimali Afrikadandır, çünki orada makrobilər tayfası bir çox qədim coğrafiyaşünaslar və tarixçilər tərəfindən xatırlanır. Başqa bir versiyaya görə, əslən Yunanıstandır. Makrobi adlı bir şəxsin İspaniyada prefekt və Afrikada prokonsul vəzifələrində çalışdığına dair sübutlar var. O dövrdə bu cür yüksək vəzifələrin yalnız xristianlar üçün mövcud olduğuna əsaslanaraq, yazılarında konkret xristian xüsusiyyətləri olmasa da, alimlər tərəfindən Makrobinin dini etiqadı haqqında müəyyən nəticələrə çıxılmışdır.Лосев А. Ф. § 2. Макробий // История античной эстетики. Итоги тысячелетнего развития: в 2-х книгах/ В. С. Походаев. — М.: Искусство, 1992. — Кн. 1. — С. 140–152

İstinadlar

Kateqoriya:V əsr filosofları Kateqoriya:Latın dilində yazan yazıçılar Kateqoriya:Neoplatonistlər Kateqoriya:Qədim Roma yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri